BMW konserninin Əbu Dabidəki dileri olan Abu Dhabi Motors şirkəti adı çəkilməyən müştərinin sifariş etdiyi eksklyuziv avtomobili təqdim etmişdir. Bu dəfə diler xüsusi olaraq hazırlanmış 5-Series modelinin yeni nəslinin əsasında yaradılmış sedandır.

BMW 540i M Performance sedanının kuzovu Carbon Black adlı xüsusi rəngə boyanmışdır. Bu boyanı yalnız BMW Individual kataloqu vasitəsi ilə sifariş etmək mümkündür. Bu rəngin maraqlı xüsusiyyətlərindən biri də yaxın məsafədən baxdıqda rəngin qara olmadığının müşahidə edilməsidir.

Bundan başqa, sedan M Performance idman aksessuarlarından ibarət olan əlavə dəsti də əldə etmişdir. Bu dəstin tərkibinə karbondan hazırlanmış qabaq spoyler, yan “ətəklər”, arxa diffuzor və arxa spoyler daxildir. Eyni zamanda, M Performance buraxılış sistemini və 20-düymlük Orbit Gray eksklyuziv təkər disklərini də qeyd etmək olar. Avtomobilin interyeri eksteryerinin əksinə olaraq daha sakit tərzdə tərtib edilmişdir. Salonun tərtibatında yüksək kefiyyətli dəridən və əsl ağacdan istifadə edilmişdir.

Xatırladaq ki, 540i modeli 340 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 3,0-litrlik turbomühərriklə hərəkətə gəlir. 100 km/saat həddinə sedan 5,1 saniyəyə sürətlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt