Buraxılışı yenidən bərpa edilmiş Cobra rodsterlərini istehsal edən AC Cars şirkəti müflif olmuş Zenos Cars firmasının yeni sahibi olmuşdur. Bu barədə xəbəri Carscoops saytı yaymışdır.
AC Cars şirkətinin rəhbəri Alan Lubinskinin sözlərinəd görə, şirkət AC Zenos adlandırılacaqdır. O eyni zamanda, Zenos firmasının Norflokdakı zavodunun qorunub-saxlanacağını, lakin komplektləşdiricilərin istehsalı ilə məşğul olacağını bildirmişdir. Lubinski Zenos firmasının yeganə avtomobili olan E10 modelini «fantastik avtomobil» adlandırmışdır.
Sportkarın istehsalı davam etdiriləcək, paralel olaraq markanın yeni sahibləri yeni modellərin hazırlanması ilə məşğul olacaqdırlar. Zenos firmasında xarici idarəetmə bu ilin yanvarında başlamışdır. Firmanın müflis olmağının əsas səbəbi vəsaitlərin çatışmamazlığı, satışların azalması və ixracat üzrə sifarişlərin ləğv edilməsi olmuşdur.