Klassik AC Cobra idman avtomobili 1962-ci ildən 2023-cü ilə qədər minimal dəyişikliklərlə istehsal edilib və yalnız keçən il müasir texnologiyalardan istifadə etməklə yaradılmış tamamilə yeni AC Cobra GT modeli ilə əvəzlənib. İndi isə, İngiltərənin AC Cars şirkəti növbəti addımı atmağa hazırdır və AC Cobra GT kupesini buraxacağını elan edib. Bu, sərt damı olan ilk zavod modelidir, çünki əvvəllər belə növ kuzov yalnız üçüncü tərəfin replikalarında və yarış versiyalarında mövcud olub.
AC A98 prototipi
İstehsalçının bildirdiyinə görə, müasir AC Cobra GT Coupe modelinin ilham mənbəyi Le Man marafonu üçün hazırlanmış 1964-cü ilin AC A98 yarış avtomobili olub. Baza rodsteri kimi, yeni kupe də uzun kapot və arxaya çəkilmiş salonu olan ailə nisbətlərini qoruyub saxlayıb. Əsas fərq, əlbəttə ki, xarakterik "quyruğu" təşkil edən arxa tərəfə doğru enən sərt damdır.
AC Cobra GT Coupe
Texniki cəhətdən AC Cobra GT Coupe rodsteri təkrarlayır. Kuzov - alüminium məkani çərçivəyə bərkidilmiş karbonplastikdən xarici panellərdən ibarətdir. Bütün əvvəlki “Kobralar” kimi, kupe də Ford V8 mühərrikləri ilə təchiz olunub: indi bu, müasir Coyote ailəsindən olan 5,0-litrlik benzin mühərrikidir. Baza atmosfer versiyası 456 at qüvvəsi və 570 Nm hasil edir. Bu mühərrikin Cobra GT S kupesində quraşdırılan kompressorlu versiyası 730 at qüvvəsinə malikdir. Çeşidin zirvəsində 810 at qüvvəli Cobra GT Clubsport modifikasiyası yerləşir, lakin onun istehsalı 99 nüsxə ilə məhdudlaşır.
AC Cobra GT kupesinin qiymətləri vergilər istisna olmaqla 325.000 funt-sterlinqdən (417.000 dollar) başlayır. Müqayisə üçün baza rodsterinin qiyməti 285 000 funt sterlinqdir (365 000 dollar). Bütün avtomobillər İngiltərədəki AC Cars zavodunda buraxılacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.