Əfsanəvi Cobra idman avtomobilinin istehsalçısı kimi məşhurlaşmış AC Cars şirkəti yeni modeli buraxacağını elan edib. AC Cobra GT adlanan rodster 2023-cü ildə nümayiş etdirilməlidir. V8 mühərriki və mexaniki ötürmələr qutusu ilə təchiz edilmiş rodster brendin ən böyük və dəbdəbəli modeli olacaqdır.
İdman avtomobili səriştəli müştərilərə ünvanlanıb, ona görə də onun buraxılmasında qabaqcıl istehsal texnologiyalardan, müasir materiallardan və geniş fərdiləşdirmə variantlarından istifadə ediləcəkdir.
Britaniyanın ən qədim avtomobil istehsalçısı olan AC Cars şirkəti yeni AC Cobra GT rodsterinin bir neçə tizerini dərc edib. Onun debütü gələn ilə planlaşdırılıb və bu əlamətdar hadisə brendin 122-ci ildönümünün qeyd olunmasına təsadüf edəcəkdir. İdman avtomobilinin yaradılmasına üç il vaxt sərf edilib.
Avtomobilin əsas alıcılarının səriştəli insanlar olduğu üçün sportkarın yığılmasında qabaqcıl istehsal texnologiyalarından və müasir materiallardan istifadə olunacaq, həmçinin geniş opsiyalar siyahısı təklif ediləcəkdir.
Yeni sportkar uzun səfərlər üçün nəzərdə tutulmuş rahat avtomobil kimi mövqeləndirilib. Rodster kondisioner, elektrik şüşəqaldıranlar, multimedia sistemi ilə təchiz ediləcək, əlavə ödənişlə isə, çıxarılan dam təklif olunacaqdır.
Avtomobilin əsasını İtaliyanın Icona Design Group (titan kuzovlu Vulcano Titanium superkarının müəllifləri) və Cecomp Spa firmaları tərəfindən alüminiumdan hazırlanmış məkanvari çərçivəli şassi təşkil edəcəkdir. Kapotun altında V8 mühərriki yerləşəcəkdir. Görünür, söhbət Ford Mustang modelindən alınmış Coyote mühərrikindən gedir.
Güc aqreqatının hasilatı 663 at qüvvəsi və 780 Nm fırlanma anı olacaqdır. Mühərrik 6-pilləli mexaniki və ya 10-pilləli avtomatik ötürmələr qutusu ilə təklif edəcəkdir. AC Cobra GT modelinin çəkisi təxminən bir ton yarım olacaqdır. Rodster 60 mil/saat (97 km/saat) həddini təxminən 3,6 saniyəyə yığacaqdır.
Avtomobil Cobra modellərinə xas olan dinamikaya, idarəetməyə və səsə malik olmalıdır. Odur ki, avtomobilə tələbatın yüksək olacağı gözlənilir. Bununla belə, rodsterin qiymət hələlik açıqlanmayıb. AC Cobra GT haqqında geniş məlumat və onun təqdimat tarixi daha sonra açıqlanacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.