AC Schnitzer tüninq atelyesi son nəsil BMW M4 kupe və kabrioleti üçün hazırladığı təkmilləşdirmələr proqramını təqdim edib. Tüninq proqramı mühərrikin gücünü artırılmasını, texniki təkmilləşdirmələri, yeni aerodinamik elementlərin quraşdırılmasını və interyerin yeni tərtibatını nəzərdə tutur.

Təkmilləşdirmələr həm G82 kupesi, həm də G83 kabrioleti çün əlçatandadır. Əsas şərt müştərinin əlində ən güclü M4 Competition modelinin olmasıdır. Bütün təqdim edilən yenilikləri dəst şəklində və ayırılıqda sifariş etmək olar.

Alman atelyesinin mütəxəssisləri 3,0-litrlik M TwinPower Turbo mühərrikinə texniki dəyişikliklərin edilmədiyini bildiriblər. Lakin yeni buraxılış sistemi də daxil olmaqla bir sıra yeniliklər mühərrikin gücünü 510 at qüvvəsinə qədər artırmağa imkan veriblər. Step I dəsti artıq 590 at qüvvəli, Step II isə 610 at qüvvəli mühərriki təklif edir.

Tüninqdən sonra avtomobillər AC Schnitzer ACS4 Sport və AC Schnitzer ACS4 Sport Cabrio adlandırıblar. Güclü mühərriklə yanaşı, alman atelyesi AC Schnitzer RS koyloverləri quraşdırılmış asqını quraşdırmağı təklif edir. Azaldılmış klirens sayəsində avtomobillər həm aqressiv görünüşə, həm yüksək sürətlərdə artan dayanıqlığa sahib olurlar.

Image alt Image alt Image alt Image alt

Büdcə variantı olaraq klirensi azaldan yaylar təklif olunur. Avtomobilin aerodinamikasını yeni antiqanad (kupe), bamperlərdəki əlavə kanardlar və kapotdakı elementlər, habelə  inkişaf etmiş diffuzoru olan arxa bamper (kabriolet) sayəsində yaxşılaşdırmaq mümkündür. Yerəbasma gücünün bəyan edilmiş artımı seçilmiş detallardan asılı olaraq onlarla kiloqrama çata bilər.

Zahiri dəyişiklikləri müxtəlif tərtibata malik olan 20-düymlük AC3 və AC1 təkər diskləri yardım edəcəklər. BMW M4 Competition modelinin salonu üçün dəri və alkantara ilə üzlənmiş sükan çarxı, habelə alüminiumdan hazırlanmış çoxsaylı aksessuarlar və xalçalar nəzərdə tutulub.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.