AC Schnitzer atelyesi yeni nəsil BMW 5-Series sedan və universalı üçün nəzərdə tutulmuş tüninq proqramını təqdim edib.
3,0-litrlik altı silindrli benzin mühərriki ilə təchiz edilmiş 540i modelinin gücü 340 at qüvvəsindən 400 at qüvvəsinə qədər artırılıb. BMW 530d modelinin mühərrikinin gücü isə 265 at qüvvəsindən 315 at qüvvəsinə qədər yüksəldilib. Bir müddət sonra M550i (462 at qüvvəsi), 530i (252 at qüvvəsi) və 520d (190 at qüvvəsi) modifikasiyaları da 50-60 at qüvvəsi arasında əlavə gücə sahib olacaqdırlar. Mühərriklər həmçinin paslanmayan poladdan olan buraxılış sistemini əldə edəcəkdirlər.
Müştorilər iki növ buraxılış borularının ucluqlarında (tünd və parlaq) seçə bilərlər. Alman tünerlər sedan və universalı polimer və karbondan komponentləri olan aerodinamik dəst ilə də təchiz etməyə hazırdılar. Beşinici seriyadan olan modellər iri ön splitterə, kandar genişləndiricilərinə, yeni diffuzora, damdakı spoylerlə və baqaj qapağının üzərində quraşdırılmış arxa antiqanada malik ola bilərlər. Sonuncu element sonradan firma kataloquna daxil ediləcəkdir.
Axendən olan ustalar avtomobilin asqı sistemini də təkmilləşdirməyi təklif edirlər.
Yeni yayların quraşdırılması sayəsində avtomobilin klirensini öndə 25 millimetr, arxada isə 20 millimetr azaltmaq mümkündür. Bununla belə, yaxşı idarəetmə ilə yanaşı rəvan gedişin olacağı da bildirilib. Eyni zamanda, atelye nümayəndələri tək və iki rəngli 19 və 20-düymlük təkər disklərini quraşdırmağı təklif edirlər.
Avtomobillərin idman görkəmindən olan effektin gücləndirilməsi üçün uzaqdan idarə edilən xüsusi səs modulunu quraşdırmaq da mümkündür.