Açıq kuzovlu Mercedes-Maybach? Alman istehsalçısı belə avtomobilləri yaratmaq təcrübəsinə malikdir, lakin dəbdəbəli kabrioletlər çox kiçik seriyalar ilə istehsal olunublar: 2016-cı ildə 300 ədəd Mercedes-Maybach S 650 Cabriolet kabrioleti, 2017-ci ildə isə 99 ədəd Mercedes-Maybach G 650 Landaulet ofrouderi buraxılıb. İndi açıq Maybach ideyası daimi əsasda geri qaytarılıb: tirajı məhdud olmayan Mercedes-Maybach SL 680 Monogram Series rodsteri Pebbl Biçdə təqdim edilib.
Burada heç bir səhv yoxdur: cari Mercedes-AMG SL (R232) modeli formal olsa da, arxa oturacaqları olan kabrioletdir, Maybach versiyası isə, iki yerli rodsterdir. Arxa sıra əvəzinə sakvoyaj üçün bölmə var və o, salonun ön hissəsi kimi eyni bahalı nappa dərisi ilə üzlənib.
Bu bölmənin üstündə quraşdırılan əlavə sərt müqavimət sipəri avtomobilin profilini dəyişdirib, baxmayaraq ki, kuzovun özü standart olaraq qalıb. Xüsusi olaraq Maybach rodsteri üçün cihazlar paneli və media sistemin qrafikası yenidən işlənib.
Zahiri cəhətdən Maybach rodsteri Mercedes-Maybach SL AMG versiyasından başqa radiator barmaqlığı, yenidən işlənmiş bamperlər və zəngin xrom bəzəkləri ilə fərqlənir. 21-düymlük orijinal təkər diskləri quraşdırılıb, üçşüalı ulduz isə, kapotda quraşdırılıb.
Xatırladaq ki, Mercedes-AMG SL kabrioletlərində o radiator barmaqlığında inteqrasiya edilib. İşıqlandırma texnikası standart olaraq qalır, lakin Maybach rodsterinin faralarının içərisində qızılı örtük var.
Mercedes-Maybach SL 680 Monogram Series iki əsas versiyada təklif olunur: Red Ambience - qara kapotu olan qırmızı kuzova, White Ambience isə,qara kapota və ağ kuzova malikdir. Müştəri istənilən digər rəngi seçə biləcək, lakin bu, müvafiq əlavə ödəniş tələb edən xüsusi sifariş olacaq. Ayrı bir opsiya - kapota əl ilə çəkilən Maybach loqotipləridir.
Texniki hissəyə gəlincə, Mercedes-Maybach SL 680 Monogram Series rodsteri Mercedes-AMG SL 63 seriya modelinə əsaslanır. O, 4,0-litrlik V8 biturbo mühərrikinə (585 at qüvvəsi, 800 Nm), 4Matic+ tam ötürmə sisteminə (on oxda mufta ilə) və tam idarələnən şassiyə malikdir.
Bununla belə, yaş muftalı doqquz pilləli AMG Speedshift MCT 9G avtomatik transmissiyanın əvəzinə onun adi hidrotransformatoru olan “mülki” 9G-Tronic versiyası quraşdırılıb. Ümumiyyətlə, Maybach rodsterinin güc qurğusuna daha yumşaq və daha rahat tənzimləmələr təyin edilib.
Buna görə də, 100 km/saata sürətlənmə vaxtı AMG versiyasındakı 3,6-dan 4,1 saniyəyə qədər artıb, maksimal sürət isə, 260 km/saatla məhdudlaşdırılıb (AMG versiyasında 315 km/saata çata bilər).
Mercedes-Maybach SL 680 rodsterinin satışına 2025-ci ilin yazında start veriləcək, ona görə də qiymət hələ açıqlanmayıb. Yalnız aydındır ki, belə bir SL modeli Almaniyada qiyməti 195 min avrodan başlayan oxşşar AMG versiyasından xeyli baha başa gələcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.