Məşhur Horasio Paqani öz hiperkarının üçüncü nəslini 2022-ci ildə dünyaya təqdim edib - bu, ortamühərrikli möhtəşəm Pagani Utopia kupesidir. Ancaq yalnız indi, iki ildən sonra onun Utopia Roadster adlı açıq versiyası işıq üzü görüb.
Əlbəttə ki, kupedən əsas fərq çıxarıla bilən üst hissədir. Üstəlik, o həm sərt, həm də yumşaq ola bilər. Bütöv dam panelini qarajda qoymaq gərəkdirsə, yumşaq varinatı avtomobildə daşımaq mümkündür: o, əl ilə çıxarılır və oturacaqların arxasında yerləşən xüsusi qutuda saxlanılır. Kupe kimi rodster də “kəpənək qanadları” qapılarına malikdir. Mühərrik bölməsinin hər iki tərəfində yerləşən dəri işlənmiş əlavə baqaj kofrları da saxlanılıb.
Rodsterin salonu kupe ilə müqayisədə minimal dəyişikliklərə məruz qalıb. Məsələn, yaxtanın göyərtəsini təqlid edən naxışları olan yeni kilimlər var. Bununla belə, interyer tərtibatının müştərinin fərdi üstünlüklərindən asılı olduğunu da hesaba almaq gərəkdir, çünki italyanlar geniş fərdiləşdirmə proqramını təklif edirlər. Məsələn, daxili və xarici tərtibatda daha çox karbonplastikdən istifadəni ehtiva edən opsional Sport Pack dəsti mövcuddur. Təfərrüatlara diqqət açarın korpusuna həkk edilmiş rodsterin sxematik təsviri (orijinal kupenin əvəzinə) ilə vurğulanır.
Texniki cəhətdən Utopia Roadster kupe ilə eynidir. AMG bölməsinin məhsulu olan 6,0-litrlik V12 biturbo mühərrik bazanln daxilində quraşdırılıb. Onun hasilatı 864 at qüvvəsi və 1100 Nm təşkil edir. Bütün güc elektron idarəolunan differensialla eyni modulda yerləşən yeddi pilləli Xtrac trnsmissiyası vasitəsilə arxa oxa ötürülür. Üstəlik, qutu ya robotlaşdırılmış (bir mufta ilə) və ya mexaniki ola bilər!
Bununla belə, Pagani Utopia Roadster orijinal kupedən heç də daha ağır deyil! Hər iki modifikasiyanın boş çəkisi cəmi 1280 kiloqramdır. Maraqlı xüsusiyyət Pirelli P Zero şinlərindəki Cyber Tire vericilər sistemidir: o, təkərlərin vəziyyəti haqqında məlumatı birbaşa dartmaya nəzarət və ESP sistemlərinin idarəetmə bloklarına göndərərək, onların səmərəliliyini artırır.
Açıq Pagani Utopia Roadster hiperkarı 130 nüsxədən ibarət tirajla buraxılacaq.Xatırladaq ki, kupenin tirajı 99 nüsxə ilə məhdudlaşdırılıb. Hər bir rodsterin qiyməti ən azı 3,1 milyon avro təşkil edir.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.