Airbus Corporate Jets (ACJ) şirkəti genişfüzelyajlı VIP-təyyarələr üçün Harmony sərnişin salonu konsepsiyasını hazırlayıb. Harmony salonu, genişfüzelyajlı ACJ təyyarələrinin bütün üstünlüklərindən ən yaxşı şəkildə istifadə edərək, sərnişinlər üçün tam uçuş hissiyatı yaradır. Konsepsiya, Airbus sərnişin təyyarələri üçün hazırlanmış Airspace salonuna əsaslanır.

Əvvəlcə, yeni Sharklets qanad ucluqları və mühərriklər ilə təchiz edilmiş ACJ330neo ailəsi üçün hazırlanmış Harmony salonu ACJ350 XWB təyyarələrində də quraşdırıla bilər.

ACJ 330neo

“Uzun məsafələrə uçuşlar yalnız təcili işləri başa çatdırmaq və səmərəli işləmək üçün deyil, həm də iş günlərinin təlatümlərindən dincəlmək üçün yaxşı fürsətdir. Harmony interyerinin bunun üçün ən yaxşı nümunə olduğuna inanırıq", - ACJ prezidenti Benua Defforj bildirib.

Harmony salonu zərif dizaynı və daxili dtərtibatda qeyri-standart yanaşma ilə seçilir. Konsepsiya şirkətin baş yaradıcı dizayneri Silvan Mariyanın rəhbərlik etdiyi ACJ dizayn qrupu tərəfindən hazırlanmışdır. 

ACJ 350 XWB

Təyyarənin ön hissəsində barı olan geniş qarşılanma zonası vardlr ki, burada əsas element yer kürəsinin holoqrafik proyeksiyasıdır. Bu ərazinin sağ tərəfində yataq otağı, iş otağı və vanna otağı yerləşir. Sol tərəfdə isə dəyirmi masaları və yumşaq divanları olan geniş "launc" sahəsi var.

"Launcun" arxasında iclas otağı və hər biri geniş iş kabineti olan dörd VIP-süit var. Bu süitləri asanlıqla duş otağı ilə təchiz edilmiş yataq otağına çevirmək olar. Füzelajın arxa hissəsində sərnişin təyyarəsinin ənənəvi quruluşuna malik olan sahə yerləşir. Bu sahədən müşayiət heyətini daşımaq üçün istifadə edilə bilər.

Image alt Image alt Image alt Image alt Image alt

Harmony interyerini tərtibatı üçün təbii materiallardan istifadə olunur, rəng sxemində üstünlük interyerin terrakota və firuzəyi çalarla malik olan interyer elementləri ilə uğurlu şəkildə harmoniya təşkil edən soyuq açıq-boz çalarlara verilib. Harmony salonunda müxtəlif biomorfik formalardan fəal şəkildə istifadə olunur. Belə ki, salonun tavanı su üzərində yaranan izləri təqlid edən dalğaya bənzər dekorativ xətlər ilə bəzədilib.

Artırılmış tutumu ilə yanaşı, Airbus təyyarələrinin VIP variantları müştərilərə dünya üzrə fasiləsiz uçuşlara imkan verən, artırılmış uçuş məsafəsini təklif edirlər.

Ümumilikdə, dünya üzrə həm dar füzelyajlı, həm də geniş füzelyajlı 190-dan çox Airbus iş təyyarəsi istismar olunur. Airbus təyyarələri sərnişinlərə və operatorlara ən yaxşı imkanlar təqdim edən ən müasir təyyarələr statusunu qoruyur.