Bu həftə şəhərimizdə maraqlı bir tədbir keçirilmişdir. Minik və yük maşınları üçün ehtiyat hissələrinin satışı ilə məşğul olan Active Group şirkəti Meridian kompleksində təmsil etdiyi məşhur dünya brendlərinin təqdimatını keçirmişdir. Keçirilən konfrasın əsas məqsədi burada iştirak edən ziyarətçiləri rəsmi ehtiyat hissələri istehsalçılarının məhsulu ilə tanış etmək və onları bu sahədə maarifləndirmək idi.
2005-ci ildə yradılmış Active Group şirkəti minik və yük avtomobilləri üçün ehtiyat hissələri, mühərrik və sürtkü yağları, akkumulyatorlar, test və diaqnostik avadanlıqları, avtokosmetika və qatqı maddələrinin topdan satışını təşkil etməklə məşğuldur.
Bu sahədə Azərbaycan bazarında lider şirkətlərdən biri olmaqla bərabər özünün texniki-tədris mərkəzi ilə müştərilərinə yüksək səviyyədə xidmət göstərir.Active Group dünyanın qabaqcıl markalarından olan Bosch, Total, Delphi, KYB, SWAG, Shaeffler Group, DAYCO, DENSO və ZF kimi məşhur brendlərin məhsullarını Azərbaycanda təklif edir. Bundan əlavə, qrup otuza yaxın digər istehsalçıların geniş çeşiddə məhsullarını yerli müştərilərin sərəncamına vermişdir.
Eyni zamanda, şirkət 2014-cü ildən mərkəzi Cenevrə şəhərində yerləşən dünya avtomobil ehtiyat hissələri bazarında lider olan ditribyutor şirkətlərin beynəlxalq qrupu olan “Nexus Automotive İnternational”ın rəsmi üzvüdür.
Lakin, şirkət bununla işini bitmiş saymır və mütəmadi olaraq müştəriləri üçün dünyanın bir çox ölkələrindən dəvət olumuş ixtisaslı mütəxəssislərin iştirakı ilə seminarlar keçirir. Seminarlarda mütəxəssislərin effektiv və yeniliklərlə dolu məlumatları avtomobil ehtiyyat hissələri bazarındakı təcrübəli ustalarda belə heyrət və maraq bəxş edir. Qeyd etmək lazımdır ki, Active Group şirkəti mütamadi olaraq seçilmiş müştərilərini xaricdə keçirilən seminarlara da göndərir.
Elə Bakıda keçirilən ilk konfrans çərçivəsində də bir neçə seminar təşkil edilmişdir ki, bu seminarda da gözlədildiyindən də çox insan iştirak etmişdi. Bundan başqa, Active Group konfransda iştirak edən ziyarətçilər üçün də sürprizlər hazırlamışdır. Tədbirə gələn insanlar əksər hissəsi əliboş qayıtmamışdır. Ən şanslı olanlar isə, şirkət tərəfindən Antaliyaya iki nəfərlik səyahət, iPhone, iPad kimi bahalı hədiyyələr ilə mükafatlandırıldılar.
Günün sonunda şirkət konfrans iştirakçılarına və dəvət edilmiş qonaqlara şam yeməyi vermişdir. Axşam keçirilən tədbirdə şirkətin tarixindən və fəaliyyətindən bəhs edən qısametrajlı film də nümayiş etdirilmişdir. Sevindirici haldır ki, ölkəmizdə bu sayaq müasir düşüncəli və ən qabaqcıl dünya praktikasını həyata keçirən şirkətlərin sayı günü-gündən artmağa davam edir.
Hər bir avtomobil sahibinə yüksək kefiyyətli və sərfəli qiymətə ehtiyat hissələrinin əldə edilməsinin nə qədər vacib olduğu məlumdur. Active Group şirkətinin rəhbərliyi bizimlə söhbətdə bu məsələdə yerli müştərilərə istənilən yardımı göstərməyə hazır olduğunu bildirmişdir.