Acura ZDX elektrik krossoveri və onun “bərkgedən” ZDX Type S versiyası 2024-cü ilin əvvəlində bazar debütünü qeyd edəcək. İlk “batareyalı” Acura modelinin debütü isə, iki həftədən sonra, Monterey Car Week tədbiri çərçivəsində keçiriləcək. Orijinal ZDX modelinin (2009-2013) görünüşünə cavabdeh olan Kaliforniyadakı Acura Design studiyasının başlanğıc nöqtəsi Precision EV konsepti olub. Buna görə də, ZDX işıqlandırılmış Diamond Pentagon barmaqlığını, Chicane DRL gündüz hərəkət işıqlarını və digər şeyləri əldə edəcək.
Acura Precision EV Concept
Məsələn, krossover yapon brendinin Google xidmətləri - Google Assistant, Google Maps və digərləri üzrə yerli dəstəyi olan ilk modeli olacaq. Marşrut tərtib edərkən, elektromobilinin naviqasiyası şarj stansiyalarının yerini nəzərə alacaq, həmçinin daimli cərəyanlı sürətli şarj üçün batareyanı əvvəlcədən qızdıracaq. Daha bir yenilik isə, Panasonic firmasının ELS sistemini əvəzləyəcək Bang & Olufsen səs sistemidir. Üstəlik, o, ZDX üçün eksklüziv olmayacaq və zaman keçdikcə bütün modellərdə quraşdırılacaq.
Yeni ZDX modeli General Motors konserninin Ultium batareyalı platformasına əsaslanacaq. Lakin Acura növbəti elektromobillərini özünün e: Architecture platformasında inşa edəcək. Spesifikasiyalar hələlik açıqlanmayıb. Eyni zamanda, ZDX Type S krossoverinin premium yapon brendinin tarixindəki ən güclü və ən sürətli krossover olacaq. İndi bu titul 360 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edən 3,0-litrlik V6 turbomühərriki ilə təchiz edilmiş MDX Type S modelinə məxsusdur: o, 60 mil/saat (97 km/saat) həddinə təxminən 6 saniyəyə sürətlənir.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.