Çində Honda brendi altında satılacaq Integra sedanından sonra, Şimali Amerika bazarı üçün nəzərdə tutulmuş Acura Integra modeli də təqdim edilib. ABŞ-da 15 il sonra yenidən canlanan bu ad, on birinci nəsil Honda Civic modelinin əsasında inşa edilmiş beşqapılı liftbekə verilib.
Sportkar prototip statusunda debüt edib, premial görünüşə və Civic Si modlindən götürülmüş turbomühərrikə malikdir. Acura Integra modelinin seriya versiyası 2022-ci ildə nümayiş etdiriləcəkdir. Texniki hissə ilə bağlı təfərrüatlar sonradan açıqlanacaqdırlar.
Acura markasını daşiyan Integra modelinin eksteryeri brendin digər modellərinin dizayn üslubunda hazırlanıb. Liftbək, çərçivədən məhrum olmuş xüsusi Diamond Pentagon radiator barmaqlığını və gündüz hərəkət işıqlarının şıkana-xətti olan LED işıq texnikasını əldə edib.
Kuzovun rəngi NSX superkarından götürülüb – bu, 2000-2001-ci illərin Integra Type R modelinin rəng palitrasına daxil olan Phoenix Yellow çalarını xatırladan sarı Indy Yellow Pearl rəngidir. Prototip, həmçinin tutqun rəngli milləri olan 19 düymlük təkər disklərinə və kuzov rəngində supportları olan Brembo əyləclərinə sahib olub.
İnteqra modeli 11-ci nəsil Honda Civic modelinin şassisinə əsaslanır. Liftbəkin mühərriki "qaynar" Civic Si modelindən götürülüb: 1,5-litrlik dördsilindrli turbomühərrik 203 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edir.
Güc qurğusu variator ilə tandemdə çalışacaqdır, lakin həvəskarlar üçün altı pilləli mexaniki transmissiya da təklif olunacaqdır. Avtomobilin yüksək sürtünməli differensial ilə təchiz ediləcəyi bildirilib.
Acura Integra modeli gələn il Ohayo ştatının Merisvil şəhərindəki zavodda TLX modeli ilə birlikdə buraxılacaqdır. Bundan əvvəl Integra modeli ABŞ-da istehsal olunmurdu – avtomobillər Yaponiyadan gətirilirdilər. Yenidən canlandırılan modelin qiyməti təxminən 30 min dollar təşkil edəcəkdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.