Acura şirkəti tamamilə yeni ADX premium krossoverini hazırlayır. Yapon brendi debütü 2025-ci ilin əvvəlinə planlaşdırılan ADX modelini buraxacağını təsdiq edib. Rəsmi açıqlamada yeni modelin “Integra modelinin yanında duracağı” və gənc alıcılardan ibarət yeni auditoriyanı cəlb edəcəyi bildirilir. ADX hazırda Acura markasının RDX, MDX və ZDX modellərini özündə birləşdirən krossoverlər çeşidindəki dördüncü model olacaq.
Acura mətbuat xidməti ADX və Integra arasındakı əlaqəyə işarə edir, ona görə də güman etmək olar ki, yeni model amerikan liftbəkinin bir növ “hündür” versiyasına çevriləcək. İndiki formada Integra 2022-ci ildən bazardadır, o, on birinci nəsil Honda Civic modelinə əsaslanır və ABŞ-dakı premium liftbəklər seqmentinin yeganə nümayəndəsidir. Onun kapotunun altında 203 at qüvvəsi hasil edən 1,5-litrlik turbomühərrik var.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.