Yeni nəsil Acura MDX modeli yapon markasının Type S indeksli "bərkgedən" modifikasiyaya sahib olan ilk krossoveridir. “Bərkgedən” krossoverin buraxılıcağı altı ay əvvəl, baza modelinin debütü zamanı elan edilsə də, “bərkgedən” modelin şəkilləri yalnız indi yayımlanıb.
Acura VDX Type S modelinin ilk kütləvi nümayişi isə, 27 İyunda Koloradodakı əfsanəvi Pikes Peak International Hill Climb yarışları çərçivəsində keçiriləcəkdir: burada Acura MDX Type S krossoveri yarış bolidlərini daşılan yedək avtomobili rolunu oynayacaqdır.
Üç oturacaq cərgəsinə malik olan beş metrlik “bərkgedən” krossoverun görünüşü daha aqressiv olub: Type S versiyası adi krossoverdən başqa bamperləri, xırda özəkləri olan radiator barmaqlığı, xromu əvəzləmiş qara dekoru, 21-düymlük təkər diskləri, habelə buraxılış sisteminin dörd “lüləsi” ilə fərqlənir. İnteryerin fotoşəkilləri hələlik dərc edilməyib. Amma ən vacib olan avtomobilin texniki hisssidir.
Acura MDX Type S modelinin kapotunun altında 360 at qüvvəsi və 480 Nm fırlanm anı hasil edən 3,0-litrlik V6 turbomühərriki yerləşir. Belə aqreqatlar "bərkgedən" Acura TLX Type S sedanlarında da quraşdırılırlar.
Güc qurğusu ilə birlikdə işləyən 10-pilləli "avtomat" və SH-AWD tam ötürmə sistemi baza krossoverində olduğu ilə eyni olsalar da, lakin özünəməxsus tənzimləmələrə malikdirlər. Əlavə olaraq, krossover ekstremal Sport + hərəkət rejimi ilə də təchiz olunub.
Yeni MDX modeli ikiqollu ön asqısı olan “döyüş” şassisinə malikdir (əvvəlki nəsildə McPherson dayaqları var idi), Type S versiyasının şassisi isə idman xarakterini bir qədər də artırıb. Bundan başqa, ön oxda dördporşenli Brembo əyləcləri quraşdırılıb. Qalan detallar payıza planlaşdırılan satışlar öncəsi açıqlanacaqdırlar. (c) Autograph.az