Montereydə keçiriləcək Monterey Car Week tədbirində Acura şirkəti tarixi Indy Yellow Pearl rənginin müasir versiyasına boyanmış NSX hibridini nümayiş etdirəcək. Klassik NSX modellərinin boyandığı rəngin müasir interpretasiyası olan bu rəng, Berlina Black boyası ilə birlikdə Heritage palitrasına daxil ediləcək və 2020-ci ilin kupeləri üçün təklif olunacaqdır.
Indy Yellow Pearl rəngi, birinci nəsil Acura NSX modellərinin boyandığı Spa Yellow rəngini təqlid edir. Qeyd etmək gərəkdir ki, 1993-2003-cü illər arasında buraxılmış kupelərin 20% məhz Indy Yellow adı ilə məşhur olan bu rəngə boyanıb.2004-2005-ci illərdə bu rəng Rio Yellow çaları ilə əvəzlənib.
Bu yaxınlarda Acura şirkəti NSX modelini yeniləyib Superkarin zahiri görkəmində baş verən dəyişikliklər minimal xarakter daşıyır. Məsələn, radiator barmaqlığının yuxarı haşiyəsi gümüşü deyil, kuzov rəngindədir. Bundan başqa, hava girişləri və radiator barmaqlığı qara parlaq elementlərə sahib olublar. Əlavə ödənişlə karbondan hazırlanmış arxa spoyleri və eksteryerin karbonplastikdən detallarını sifariş etmək olar. İnteryeri mavi dəri və alkantara ilə də üzləmək mümkündür.
Texniki yeniliklərə gəldikdə isə, superkar daha yoğun köndələn dayanıqlılıq stabilizatorlarına, yenidən tənzimlənmiş sükan müxanizminə, aktiv maqnitoroloji amortizatorların yeni proqram təminatına sahib olub. Bundan başqa, superkar xüsusi olaraq onun üçün Hazırlanmış Continental SportContact6 şinləri ilə təchiz edilir.
Acura NSX tərkibinə 3,5-litrlik iki tubokompressorlu V6 mühərriki və üç elektromotor daxil olan hibrid güc aqreqatı və doqquz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Hibrid aqreqatın ümumi gücü 573 at qüvvəsi, fırlanma anı isə 644 Nm təşkil edir. NSX 100 km/saat sürətini üç saniyəyə toplayır və 307 km/saat maksimal sürət həddinə malikdir.