Acura şirkəti 2015-ci ildə debüt edən NSX hibrid sportkarının buraxılışına son verəcəyini elan edib. Modelin son nüsxələri konveyerxəttindən gələn il çıxacaqdır. Yapon markası sportkarın buraxılışını "bərkgedən" Type S versiya ilə sonlandıracaqdır.

Acura BSX Type S modeli bu ilin avqust ayının 12-də keçiriləcək Monterey Car Week avtoşousunda təqdim olunacaqdır. 350 nüsxəlik məhdud saylı tirajla buraxılacaq avtomobil, eksteryerdəki və texniki hissədəki dəyişikliklər ilə fərqlənəcəkdir.

İkinci nəsil Acura NSX kupesi 2015 -ci ildə debüt edib. Sportkar ümumi hasilatı 580 at qüvvəsi və 645 Nm olan hibrid güc qurğusunu, iki muftalı doqquz pilləli "robotu" və SH-AWD tam ötürmə sistemini alıb. Sportkar 100 km/saat həddini 2,7 saniyəyə toplayır və 308 km/saata qədər sürətlənir.

Bununla belə, yapon istehsalçsısı Acura NSX Type S modelinin texniki xüsusiyyətləri barədə heç bir məlumat verməyib, lakin mühəndislər “vida” versiyanın daha da güclü olacağını söyləyirlər. Bundan əlavə, mütəxəssislər idman avtomobilinin şassisini və asqısını əhəmiyyətli dərəcədə modernləşdirəcək, habelə onun idarəolunma xüsusiyyətlərini yaxşılaşdıracaqdırlar. Vizual olaraq, yeni Acura NSX modeli tutqun qara rəngli qapı tutacaqları, arxa spoyler, həmçinin radiator barmaqlığının qırmızı bəzəyi və arxa təkərlərin yanında Type S loqotipləri ilə seçiləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Artıq qeyd etdiyimiz kimi, "bərkgedən" Acura NSX modelinin təqdimatı 12 avqust 2021-ci il tarixində ABŞ-da keçirilən Monterey Car Week  avtoşousunda baş tutacaqdır. Ümumilikdə, 300 nüsxəsi Şimali  Amerika bazarı üçün nəzərdə tutulmuş 350 ədəd eksklüziv idman avtomobili istehsal ediləcəkdir. Eyni zamanda, modelin cari nəslinə sifarişlər artıq qəbul olunmur. Acura NSX modelinin istehsalı 2022-ci ilin sonunda başa çatmalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.