Yapon premium Acura brendi ADX krossoverini təqdim etməyə hazırlaşır və bu model istehsalçının çeşidindəki ən əlçatan avtomobil olacaq. O, bu statusu qiyməti 44 700 dollardan başlayan RDX modelinin əlindən alacaq.

RDX modeli BMW, Cadillac, Lexus və digər daha məşhur markaların giriş səviyyəli avtomobillərindən daha bahalıdır ki, bu da Acura brendinin uğur qazanmasına heç də kömək etmir. Acura ADX modeli bu vəziyyəti düzəltmək üçün nəzərdə tutulub.

Yığcam premium krossover arxa pəncərənin üstündəki oyma spoyleri və Acura ARX-05 prototipindən ilhamlanan Chicane LED işıqlarının firma əyrisini alacaq.

Salonda baş dayaqları, qızdırılma və havalandırma funksiyası, habelə perforasiya edilmiş dəriyə bənzər alkantaradan üzlükləri olan ikirəngli oturacaqlar var. Həmçinin tizerlərdə böyük panoram lyuk və premium Bang & Olufsen audio sisteminin dinamiki də görünür.

Image alt Image alt Image alt Image alt

Acura yenilik haqqında təfərrüfatları açıqlamayıb. Lakin ADX krossoverinin turbomühərriklə təklif ediləcəyi bildirilib. Böyük ehtimalla, ADX krossoveri CR-V modelindən götürülmüş 193 at qüvvəsi və 242 Nm fırlanma anı hasil edən 1,5-litrlik dördsilindrli turbomühərriki alacaq. Digər namizəd - Integra modelindən tanış olan 203 qüvvəsi və 260 Nm hasil edən eyni həcmli mühərrikidir.

Acura ADX bu payızda təqdim olunacaq. KİV-lər yeni krossoverin noyabrın 22-də işinə başlayacaq Los Anceles avtosalonunda təqdim ediləcəyini gözləyirlər. 

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.