Acura markasının PMC (Performance Manifacturing Center) xətti üçüncü model ilə genişlənib. Acura TLX sedanı və MDX krossoverinə 360 nüsxəlik tirajla buraxılacaq yığcam Acura RDX PMC Edition krossoveri qoşulub. Əvvəllər olduğu kimi, avtomobillər, ABŞ-ın Ohio ştatındakı yerləşən və Acura NSX superkarının istehsal olunduğu zavodda əl ilə yığılacaqdırlar.
Məhdud saylı tirajla buraxılacaq Acura RDX PMC Edition əl ilə yığılmaqla yanaşı, xüsusi dekora və zəngin avadanlıqlara sahib olacaqdır. Krossoveri parlaq qara rəngli 20-düymlük təkər diskləri, kuzov rəngində haşiyəyə malik olan radiator barmaqlığı, buraxılış sisteminin çıxış borularının tünd rəngli ucluqlarıı, qara rəngli eksteryer və interyer elementləri , həmçinin xüsusi kuzov rəngi sayəsində ayırd etmək olar. Bu rəng, 2019-cu ildən bəri NSX modeli üçün təklif olunan Termal Orange Pearl rəngidir.
Acura RDX modelinin kuzovu robotlaşdırılmış qurğunun köməyi ilə bir neçə təbəqədə boyanır. Qızıl-narıncı mika ləkələri və dördqat şəffaf lak boyaya dərinlik və mirvari effekti verir. Əl ilə boya keyfiyyətinə nəzarət və qurutma da daxil olmaqla bütün proses beş gün çəkir. Krossoverlərin yığılması da əl ilə həyata keçirilir: əvvəlcə mühərrik quraşdırılır, sonra kabel yığmalar yerləşdirilir, son mərhələdə isə, xatirə lövhəsi kimi xüsusi cizgilər əlavə olunurlar.
Acura RDX PMC Edition modelinin avadanlıq siyahısı RDX A-Spec və RDX Advance Package versiyalarında olduğundan daha genişdir. Buraya perforasiyalı dəri və Ultrasuede süni zamşası ilə üzlənmiş idman oturacaqları, qızdırılan sükan və arxa divan, proyeksiya displeyi və ön qapılardakı akustik şüşələr daxildir. Bununla birlikdə, kapotun altında heç bir dəyişiklik yoxdur: RDX modeli Turbo VTEC ailəsindən olan 2.0-litrlik dördsilindrli turbomühərrik ilə təchiz edilir.
Güc aqreqatı 276 at qüvvəsi və 380 Nm fırlanma anı hasil edir və 10-pilləli "avtomat" ilə tandemdə çalışır. Ötürmə - aktiv dartma nəzarətinə malik olan SH-AWD tam ötürmə sistemidir. Fərdi muftalara malik olan sistem fırlanma anını təkcə oxlar arasında deyil (70 faizə qədər arxa oxa yönləndirilə bilər), həm də arxa təkərlər arasında (bir təkərə 100 faizə qədər) ötürə bilir.
İlk əllə yığılmış Acura RDX modelləri oktyabr ayında dilerlərə çatdırılacaq və 50.000 dollardan başlayan qiymətlər ilə satılacaqdırlar.