Acura markası RSX modelini canlandırmaq qərarına gəlib. O, yeni Honda Integra modelinin şimaliamerikan versiyası olmayacaq (Acura markasının artıq öz Integra modeli var). Yeni Acura RSX elektrik krossoveri Performance EV konseptinin seriya versiyası olacaq. Yenilin əsasını yapon istehsalçısının öz platforması təşkil edəcək.

2002-2006 Acura RSX

Multimedia sistemi ana Honda şirkətinin CES 2025 sərgisində nümayiş etdirdiyi ASIMO OS əməliyyat sistemində işləyəcək. Model Ohayodakı Honda EV Hub zavodunda yığılacaq. İstehsalın başlanması bu ilin sonuna planlaşdırılır.

Acura RSX EV

RSX elektrokrossoveri Acura brendinin portfelindəki ikinci tam elektrik modeli olacaq. Birinci model də tarixi ZDX abbreviaturasını daşıyır və Honda şirkətinə General Motors konserni ilə əməkdaşlıq çərçivəsində qismət olmuş BEV3 platformasında inşa edilib.

Acura ZDX EV

Acura ZDX elektrokarı arxa və ya tam ötürməli, müvaviq olaraq, bir və ya iki mühərrikli ola bilər. Birinci halda, güc qurğusunun hasilatı 363 at qüvvəsi, ikinci halda isə, 497-507 at qüvvəsi təşkil edir. Krossoverin batareyasının tutumu 102 kilovat/saatdır. Amerikanın EPA dövrünə əsasən yürüş məsafəsi 504 kilometrə qədərdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.