Acura şirkəti NSX superkarının ikinci nəslinin alıcılarına yönəldilən «NSX Originals» xüsusi proqramını təqdim etmişdir. Bu kampaniya çərçivəsində istehsalçı hər bir müştəri üçün kiçik film çəkəcəkdir ki, bu filmdə də sifariş olunmuş avtomobilin yığılması prosesi göstəriləcək və onun xüsusiyyətləri haqqında danışılacaqdır.
Hal-hazırda Acura məşhur amerikan şoumeni və avtomobil kolleksiyaçısı olan Cey Lenonun sifariş etdiyi «003» saylı superkar haqqında filmi YouTube kanalında yayınlamışdır. Yapon şirkəti həmçinin bütün buraxılmış avtomobillər haqqında videoçarxların saxlanıldığı xüsusi saytı da işə salmışdır. Bundan başqa, hər bir Acura NSX alıcısına superkarın 1:18 miqyasında hazırlanmış modelini də bağışlayacaqdırlar.
Acura NSX modelinin seriya variantı 2015-ci ilin yanvarında Detroyt avtosalonunda debüt etmişdir. Superkar tərkibinə 3,5-litrlik iki tubokompressorlu V6 mühərriki və üç elektromotor daxil olan hibrid güc aqreqatı və doqquz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Hibrid aqreqatın ümumi gücü 573 at qüvvəsi, fırlanma anı isə 644 Nm təşkil edir. Acura NSX 100 km/saat sürətini üç saniyəyə toplayır və 307 km/saat maksimal sürət həddinə malikdir.