Acura şirkəti Nyu York avtosalonunda TLX sedanının PMC Edition adlı xüsusi versiyasını təqdim edəcəkdir. Əllə yığılacaq xüsusi seriyadan olan sedanlar Oqayo ştatının Merisville şəhərindəki Performance Manufacturing Center (PMC) zavodunda yığacaqdırlar. Hazırda bu zavodda Acura NSX hibrid superkarı buraxılır.
Xüsusi Acura TLX sedanlarının rənglənməmiş kuzovları PMC-nin yaxnlığında yerləşən Marysville Auto Plant istehsal meydançasından gətiriləcəkdir. İlkin olaraq, TLX PMC Edition sedanları rəngi daha dolğun və seçilən edən nanopiqment texnologiyalı Valencia Red Pearl rənginə boyanırlar. Bundan sonra müəssisənin əməkdaşları mühərrik və şassi komponentlərini əllə quraşdırırlar.
Sonra zavodun mütəxəssisləri naqilləri, elektronikanın bloklarını, 19-düymlük təkər disklərini və kuzov dəstinin elementlərini quraşdırırlar. Sonuncu mərhələ isə sedanın interyerinin yığılması və mərkəzi konsola xüsusi seriyanın nömrəsi olan lövhəcik vurulur. Bundan sonra, hər bir sedan NSX modeli üçün hazırlanmış metodika ilə keyfiyyət nəzarətindən keçir.
Acura TLX PMC Edition modelin top versiyasının bazasında inşa ediləcəkdir Sedanın xüsusiyyətləri radiator barmaqlığının kuzov rəngində haşiyəsi, qara dam və qapı dəstəkləri, qara təkər diskləri və buraxılış sisteminin «qara xrom» rəngində olan çıxış borularıdır. Salonda dəri və alkantara ilə üzlənmiş oturacaqları, qapı və mərkəzi tonneldəki seçilən tikişləri, sükanaltı dəstəkləri olan A-Spec sükan çarxını görmək olar.
Acura TLX PMC Edition sedanlarının müştərilərə çatdırılmasına bu ilin yayında başlanacaqdır. Avtomobilin qiyməti 50 min dollar olacaqdır. Bu adi TLX modelindən beş min dollar bahadır.