İnternet şəbəkəsində Acura şirkətinin növbəti üç il üçün istehsal planını dərc ediblər. Diaqramdan yapon markasımım 2022-ci ilə qədər yeni nəsil MDX krossoverinin, ILX modelinin varisi olacaq yığcam sedanı buraxmaq, habelə model xəttini üç yeni "bərkgedən" S modelləri ilə tamamlamaq niyyətinin olduğu məlum olur.
Acura markasının ABŞ-dakı rəsmi dilerləri üçün hazırlanmış daxili təqdimatından slayd Acurazine forumunda yerləşdirilib. Yapon markasının nümayəndəsi istehsal planının həqiqiliyini təsdiq etsə də, diaqramın "əhatəli olmadığı" bildirib.
Yeni Acura model xəttinin ilki keçən həftə təqdim olunan ikinci nəsil TLX sedanı olub. Təqdimat mərasimində yapon markası "bərkgedən" Type S versiyasının xüsusiyyətlərini açıqlamayıb, lakin top versiyasının təxminən 400 at qüvvəli 3,0-litrlik V6 turbomühərriki ilə təchiz olunacağına işarə edib.
Yeni nəsil Acura MDX krossoverinin Type S versiyasının eyni güc aqreqatı ilə hərəkətə gələcəyini güman etmək olar. Yeni yığcam sedana gəlincə, model, ehtimal ki, Acura ILX adlandırılmayacaq və texniki cəhətdən Honda Civic modelindən fərqlənəcəkdir. Bununla belə, model ön ötrüməli arxitekturasını qoruyub saxlayacaqdır.
"Koronavirus" böhranına baxmayaraq, Acura markası illik satışlarını 2022-ci ilə qədər 200 minə qədər artırmağı planlaşdırır. Xatırladaq ki, 2019-cu ildə yapon markası 160 min avtomobil satmağa müvəffəq olub. Yapon markasının marketoloqları bu artımın yeni modellər sayəsində əldə ediləcəyini gözləyirlər. Acura MDX və RDX krossoverləri birlikdə 130 min, sedanlar isə 70 min alıcı tapmalıdırlar. Bundan əlavə, NSX idman avtomobili ən azı üç il ərzində model çeşidindəki yerini qoruyacaqdır.
Acura markası üçün ən vacib bazarlardan biri Şimali Amerika bazardır, buna görə də, markanın yeni modelləri daha çox amerikalıların istəklərinə cavab verəcəkdirlər.
Mənbələr: TheDrive