Aurus Motors şirkətinin rəhbəri Adil Şirinov "Kommersant" nəşrinə verdiyi müsahibədə Aurus ailəsinin gələcəyi ilə bağlı yeni məlumat verib. Onun sözlərinə görə, bu gün Aurus avtomobilləri Bentley, Rolls-Royce və Mercedes-Maybach markasından olan modellərin birbaşa rəqibidir.
Adil Şirinovun sözlərinə görə, rus avtomobilinin xarici analoqlarında 15% ucuz olmasına baxmayaraq, Aurus modeli güc qurğusu və təhlükəsizlik səviyyəsi baxımından rəqiblərini üstələyir. Onun fikrincə, Aurus markasının ən populyar modeli Senat sedanı olacaqdır.
Aurus Senat
Aurus Senat modelinin pilot partiyasının yığılmasına bu il başlanır. Sedanın korpusu tamamilə Rusiya poladından hazırlanacaqdır. İlk hazır avtomobillər 2021-ci ilin mayında Yelabuqadakı konveyer xəttindən çıxacaqlar. Orada mühərriklər də istehsal ediləcəkdir. Mühərrik üçün silindr bloklarının tökülməsi KamAZ müəssisələrində həyata keçiriləcəkdir.
Bundan əlavə, salon tərtibatında istifadə edilən dəri və ağac işləmələr şirkətin italyan tərəfdaşları ilə birlikdə istehsal ediləcəkdir. Aurus Komendant krossoverlərinin istehsalının sedandan bir il yarım sonra başlanacağı vəd olunur - krossover 2023-cü ilin əvvəlində satışa çıxarılacaqlar.
Adil Şirinov
Aurus modellərinin tam istehsalı başladıqdan sonra, modelin lokalizasiyaya səviyyəsi ən yüksək olacaqdır. Korpus, mühərrik, transmissiya və bütün ən vacib elementlər də daxil olmaqla komponentlərin 90 faizi Rusiyada istehsal ediləcəkdir.
Hər il Yelabuqda beş minə qədər avtomobil istehsal etməyi planlaşdırırlar ki, bunun da təxminən 70 faizi ixrac ediləcəkdir. Şirkət nümayəndələri Aurus markasının əsas bazarlarının Yaxın Şərq, eləcə də Cənub-Şərqi Asiya və Avropa ölkələri olacağını hesab edirlər.
Mənbə: Kommersant