Aurus markasının rəhbəri Adil Şirinov Komendant adlı ofrouderin gələn ilin avqust ayında keçiriləcək Moskva avtosalonunda debüt edəcəyini bildirib. Aurus Komandant modelinin seriya istehsalına 2021-ci ildə başlanacaqdır. Yaxın vaxtlarda ofrouderin ilk sınaq prototipləri ümumi istifadə yollarına çıxacaqdırlar.
Xatırladaq ki, bir müddət bundan öncə, Rusiya KİV-lərində Aurus Komendant ofrouderinin ilk nümunəsinin şəkilləri dərc edilmişdi. Avtomobil Sənaye və ticarət nazirliyinin rəhbəri Denis Manturova təqdim edilən zaman lentə alınmışdı. Dərc edilmiş şəkillər avtomobilin xarici görkəmi barədə məlumat verməsə də, ofouderin patent təsvirləri bu barədə mülahizə yürütməyə imkan verir.
Patent təsvirlərindən göründüyü kimi, Komendat modelinin dizaynı sedan, limuzin, kabriolet və Arsenal miniveninə bənzər olacaqdır. Ofrouderin əsasını Vahid modul platforması (VMP) təşkil edəcəkdir. Avtomobillərin texniki hissəsi dəı ümumi olacaqdır. Ofrouder 4,4-litrlik V8 mühərriki və elektromotor-generator daxil olan hibrid qurğusu, 9-diapazonlu KATE avtomatik ötürmələr qutusu, həmçinin ön oxun qoşulma muftası olan tam çəkiş sistemi ilə təchiz ediləcəkdir.