İtaliyanın Aehra startapı keçən ayın əvvəlində yuxarı açılan dörd qapısı, keçmiş Lamborghini dizaynerinin hazırladığı xarici görünüşü və 800 at qüvvəli güc qurğusu olan adı açıqlanmayan premium elektrik krossoverini təqdim etmişdi. İndi isə, Aehra qeyri-adi krossoverinin interyerini nümayiş etdirib. Onun əsas xüsusiyyəti avtomobili mobil ofisə və ya kinoteatra çevirən nəhəng irəli çıxan ekrandır.
Bir çox brendlər yeni məhsulları üçün son zamanlar dəbdə olan və ön panelin eni boyunca uzanan nəhəng ekranları seçirlər. Lakin Aehra hər kəsi təəccübləndirəcək bir həlli nümayiş etdirib: onun krossoverinin ekranı irəli çıxmış vəziyyətdə ön şüşənin demək olar ki, yarısını əhatə edir. Bununla belə, bu, sürücüyə mane olmamalıdır, çünki hərəkət zamanı displey qismən ön paneldəki bölməyə enir.
Bu zaman, açıqda onun yalnız rəqəmsal cihazlar panelinin və naviqatorun görünməsi üçün lazım olan kiçik bir hissə qalır. Eyni zamanda, yan güzgüləri əvəzləyən kameralardan ötürülən görüntüləri əks etdirənyan tərəflərdəkiı əyri displeylər işə salınır.
Dayanacaqda durduqda ekranı qaldırmaq və təkcə onun ölçülərini deyil, həm də funksionallığını artırmaq olar: fərdiləşdirilə bilən sistem üçün müxtəlif proqramları nəzərdə tutulmuşdur ki, onların köməkliyi ilə filmlərə baxmaq, ünsiyyət qurmaq və işləmək olar. Daha bir kiçik sensorlu ekran aşağıda yerləşir – o, media sisteminin funksiyalarının idarə edilməsinə cavabdehdir.
Aehra həmçinin krossoveri İtaliya bayrağı olan qeyri-adi “şturval” ilə təchiz edib. Sükan çarxının üstündə cari yürüş ehtiyatını və sürəti göstərən daha bir kiçik monitor var.
Krossoverin istehsalına tədarükçülər təsdiqləndikdən sonra başlanmalıdır. Aehra nümayəndələri bu işə artıq fərdi sərmayədarlar tərəfindən ciddi investisiyaların qoyuduğunu da bildiriblər. Elektrokrossoverin Şimali Amerika və Avropadakı satışlarına 2025-ci ildə başlamaq planlaşdırılır. 2023-cü ilin fevralında isə, italyanlar ikinci modeli - elektrik sedanını təqdim etməyə hazırlaşırlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.