Caspian NavTel şirkəti naviqasiya sistemini uzun illərdir təklif edir. Dağlıq Qarabag Xankəndi şəhərində anadan olub və orta məktəbi orada bitirib. Son zamanlar ölkəmizdə avtomobillərin sayı artır, yollar dəyişir. A nöqtəsindən B nöqtəsinə, hətta C nöqtəsinə daha sürətli getmək üçün naviqasiya sistemlərinin rolu aktuallaşır. Mən uzun illərdir ki, naviqasiya ilə Avropanın bir çox ölkələrini rahatlıqla ziyarət edirəm. Azərbaycanda isə artıq 7 ildir ki, naviaqasiya sisteminin istifadəçisiyəm. Onun rahatlığı təkzib olunmazdır. Beləliklə, gələcək planlar barədə ölkəmizin ən qabaqcıl naviqasiya şirkəti olan Caspian NavTel şirkətinin baş direktoru Rizvan Cəfərovla görüşüb, söhbət etdik.
Cəfərov Rizvan – Caspian NavTel şirkətinin Baş direktoru. Agir atletika üzrə idman ustağına namizəd,sambo üzürə idman ustalığına namizəd, karate-do üzrə 2 dan qara kəmər sahibi. Bədən Tərbiyə Universitetini və Azərbaycan Politexnik Universitinin yerüstü nəqliyyat və istismarı fakultəsini bitirmişdir, hal hazırda Sankt Peterburq Dovlət Universitetinin hüqüq fakultəsinde oxuyur.
R.M. Caspian NavTel fəliyyət göstərdiyi 10 il ərzində nəyə nail club?
R.C. Caspian NavTel şirkəti Respublikada elektron xəritəni naviqasiya bazarına təqdim edən ilk yerli şirkət olmuşdur. Bu elə də asan başa gəlmədi. İki il əzimkarlıqla şəhərlərimizi, kənd və qəsəbələrimizi qarış-qarış gəzərək müvafiq məlumatları topladıq. Məlumatlarımızı sistemləşdirdik və gələcək istifadəçilərimiz üçün proqram halına saldıq. Hal-hazırda məhsulumuzun 10 minlərlə istifadəçisi vardır və hər gün ən azı 3 nəfər bu sistemə qoşulur.
Bu illər ərzində istifadəçilərimizdən tənqid, təklif və təşəkkür almışıq. Hamının fikrinə hörmətlə yanaşmışıq və bunun sayəsində rəğbət qazanmışıq. İstifadəçilərimizin rahatlığı və əminliyi bizi dahada əzimkar olmağa və işimizə daha ciddi yanaşmağa sövq edir. Qonşu Gürcüstandanda eyni işlərin görülməsinə təklif almışdıq və bu lyihəni də 2013-2014 illərdə peşəkarcasına yerinə yetirdik. Artıq 2009-2010 illərdə elektron xəritəmizi nəqliyyat vasitələrin monitorinqi sistemində tətbiq etdik. Uğurlu işlər sayəsində bir çox şirkətə və sahibkarlara bu xidmətimizlə faydalı olduq. Beləki, avtoparklar sürücülərinə nəzarəti artırmaqla büdcələrinə qanaət edirlər. Nazarətin operativ, analitik aparılmasını da biz öz üzərimizə götürmüşük. Biz nəqliyyat vasitələrinin həm respublika daxili, həm də xarici monitorinqini təklif edirik. Bu da yükdaşıma işlərinin hiss ediləcək dərəcədə asanlaşdırılmasına xidmət edir. Bu sahə üzrə, yaxın gələcəkdə, daha sərfəli yeni təklif paketimizi təqdim edəcəyik.
Yeni əsrdə elektron innovasiyaları elektron xəritəsiz təsəvvür etmək mümkün deyil. Son zamanlar bizə müraciət edən və xəritəmizi öz xidmət sahələrində tətbiq etmək istəyənlərin sayı günü gündən artır. Biz isə öz növbəsində onlara yardım etməyə çalışırıq.
R.M. Sizdə olan Azərbaycanın xəritəsi ən dəqiq xəritə hesab olunur. Buna nə qədər vaxt sərf etmisiniz? Sizin hazırladığınız xəritə nə qədər dəqiqdir?
R.C. Öncə qeyd etdiyim kimi, ilkin olaraq, 2 il ərzində xəritəmiz üçün lazımı məlumatlar toplanıldı, yəni yollar, onların adları, binalar , onların ünvanları, obyektlər (ticarət, iaşə, dövlət və s.). Bu məlumatlar həm Bakı və Bakıətrafını, həm də bölgələri əhatə edirdi. Sonrakı illər ərzində, bu gün də daxil olmaqla, məlumatlar dəqiqləşdirilir, yoxlanılır və lazımi təqdirdə yenisi ilə əvəz olunur. Məlumatların toplanılması xüsusu qrup tərəfindən həyata keçirilir. Onlar həm səyyar yoxlamalardan, həm bizə edilən zənglərdən, həm də sosial şəbəkələrdən daxil olan yeni məlumatları yoxlayaraq xəritəmizdə aparılacaq düzəlişlər üçün kartoqraflara təqdim edirlər. Bununla yanaşı kollektivimiz hər bir istifadəçimizə fərdi yanaşır - onun hər bir təklif, istək və şikayəti dinlənilir və ümumi razılığa gəlmək üçün müvafiq tədbirlər görürlür. Bizim xəritəmizin dəqiq və aktual olub-olmasınını qoy istifadəçilər qiymətləndirsin.
R.M. Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin keçirdiyi tenderdə qalib gəlmisiniz. Bu sizin qarşınızda hansı yeni məsələlər qoyur? Görəcəyiniz işlər hansılardlr?
R.C. Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin keçirdiyi tender əsasən yollarda quraşdırılmış yol nişanlarının elektron xəritəsi hazırlanmalıdır. Texniki tapışırıqları ilə tanış olduq və qisa müddət ərzində öz təklifimizi hazırladıq. Təklifimizi daha münasib və əlavə olaraq faydalı funksiya və alətlər olduğundan bizi qalib seçdilər. Artıq işlərə srart verilib və komandamız “qollarını çirməyərək” böyük əzmlə tapşırığı yerinə yetirir. Bu iş çox məsuliyətli və çətindir.
Əminəm ki, biz bu işin öhtəsindən alnıaçıq çıxacağıq. Bunun nəticəsində yerli elektron xəritə bazarında mövcud olan iştirakçılara nisbətən bir pillə irəliləmiş olduq. Bu iş həm də bizə dövlət qurumları arasında bizə olan əminliyi artıracaqdır. Artıq biz istənilən dövlət qurum və təşkilatlarından elektron xəritə üzrə sifarişi qəbul etməyə hazırıq.
R.M. Naviqasiya gündəlik həyatda nə qədər vacibdir?
R.C. Şəhərimiz günü-gündən böyüyür və çox sürətlə dəyişir. Dəyişiklik həm ünvan, həm obyekt və həm də yol hərəkəti qaydası və s. üzrə ola bilər. Bu işdə məhz naviqasiya öz köməkliyini göstərir. Avtomobili olan şəxs hər hansı dəyişikliyin fərqində olmasa belə, biz onu bu məlumatla təmin edirik. Hər birimizin başına gəlib. Zaman-zaman ən yaxın yanacaqdoldurma, ATM, aptek, market və s. axtarışında oluruq. Bunun üçün dosta zəngə və yaxud ətrafdakılara sual verməyə ehtiyac yoxdur. Sadəcə naviqatorda axtarış vermək kifayətdir. Naviqator nəinki yerini həttda həmin obyektin kontaktlarını sizə təqdim edəcək. Bizim naviqatorlar bir sıra kuryer, taksi, yükdaşıma və keytrinq xidməti ilə məşqul olan insanların gündəlik fəaliyyətində əvəzedilməz aksessuardır.
R.M. Tıxac və sıxlıqlar nə qədər dəqiq əks olunur?
R.C. Bütün inkişaf etmiş ölkələrdə pik saatlarında yollarda avtomobillərin tıxac yaratması artıq gündəlik norma kimi qəbul olunub. Bəzən sürücülər eyni yollardan istifadə edirlər, çünki alternativ yolları tanımırlar. Həmin yolda tıxac və ya sıxlıq olduqda çaşqınlıq halında qalırlar. Belə olan halda bizim naviqasiya xidmətimiz köməyə gəlir. Proqram sürücüyə hərəkətə başlamazdan əvvəl tixac olan və yaxud təmir-tikinti işləri ilə müvəqqəti bağlı yollara alternativ yolu seçib təqdim edir. Bu məlumat isə bizim sistemə on minlərlə istifadəçilərimizdən daxil olur. Üstəlik şəhərdə daima əməliyyat qrupumuz fəaliyyət göstərir ki, onlar bilavasitə bağlı yollar və alternativ keçid yolları üzərində çalışır.
R.M. Bakıda naviqasiya istifadə edərək nə qədər tez məznilbaşına çata bilərik?
R.C. Daha öncə söylədiyim kimi, naviqasiya daha qısa və boş yolları seçərək, sürücünün yolunu daha da rahat və sürətli edir. Özəlliklə pik vaxtlarda alternativ yollar seçərək daha qısa zamanda istədiyiniz yerə çatdırır. Biz onlayn rejimdə bu məlumatı təqdim edirik. Yollardakı vəziyyətinin dəyişməsi dərhal istifadəçilərimizin naviqasiyasına mobil rabitə vasitəsi ilə yüklənir.
Digər tərəfdən, naviqasiyamız sizi Azərbaycan və Gürcüstanın istənilən hissəsinə rahtlıqla çatdıra bilər. Yetər ki, istədiyiniz ünvanı yaxud obyekti ona daxil edəsiniz.
R.M. Hansı naviqasiya planşetləri təklif edirsiniz?
R.C. Hal-hazırda Naviqasiya proqramını Windows CE, Android və iOS əməliyyat sistemlərinə təklif edirik.
R.M. Mobil əlavələr necə?
R.C. App Store və Play Market mağazalarında naviqasiya mobil əlavəmizi əldə etmək olar. İlk olaraq istifadəçi əlavəni 15 günlük pulsuz əldə etmək şəraiti yaradılıb. Əgər istifadəçinin cihazı texniki olaraq proqramı normal çalışdırarsa və istifadəçi proqramdan məmnun olarsa, tam versiyanı əlavənin daxilində olan xidmətlə ala bilər.
R.M. Gələcək planlarınız varmı?
R.C. Hal-hazirda xəritə üzərindən faydalı innovasiyalar hazirlanıb və bir neçə dövlət qurumlarına təklif olunması planlaşdırılıb. Ən əsası isə işğaldan azad olunacaq torpaqların elektron xəritəsi bazamıza salınmasıdır.