Əsasən snikerlərin üz və astarında istifadə olunan Air Mesh material elastiklik, yaxşı hava dövranı, yüksək dözümlülük xüsusiyyətləri ilə fərqlənir.

Görünüşdə Air Mesh tora bənzəyir, lakin liflərin 3D quruluşu sayəsində o adi tor deyil. Daxili təbəqə xarici təbəqədən daha kiçik hüceyrələrə malikdir. Parça quruluşundakı liflər materialın daxilində şaquli olaraq yerləşdirilir. Bu da yüksək nəm udma xüsusiyyəti yaradır. Böyük dəliklərlə örtülmüş xarici təbəqənin hüceyrə quruluşu yüksək hava dövranını təmin edir. Bunun sayəsində Mesh çox tez quruyur, hətta materialın bədənə sıx olduğu yerlərdə də hava sirkulyasiyasını təmin edir.

Mesh (Meş) – sintetik materialdan hazırlanmış, hüceyrə quruluşlu parçaların ümumi adıdır. Air Mesh neylon və ya polyesterdən hazırlanır. 

Air Mesh isti fəsillər üçün Bayker gödəkcələrində geniş istifadə olunur

Bu parça idman və səyahət üçün nəzərdə tutulan məhsullarda istifadəsi geniş yayılmışdır. Yaxşı havalandırmanı təmin etmək məqsədi ilə səyahət ayaqqabı modellərində həm ayaqla təmasda olan astar, həm də xarici hissənin materialı kimi Mesh-dən istifadə olunur. 

Maya dəyəri aşağı salmaq üçün ayaqqabı istehsalçıları fəşn snikerlərin astarında dəri əvəzinə Mesh istifadə edir. Bu da gündəlik istifadədə komfort və hava dövranını təmin edir.

Bel çantalarının arxa hissəsində bu materiala rast gəlmək olar

Bu parça növü həm də tez-tez qarşılaşdığımız Bel Çantalarının arxa (bel ilə təmas) hissəsində, onun kəmərlərində və qayışların iç üzündə istifadə olunur. Bu da isti fəsildə yaxşı havalandırma təmin edərək tərlətmənin qarşısını alır.

Motosiklet üçün əlcəklər, ekipirovka, diz qoruyucuları, idman avadanlığı, ayaqqabılar, geyim, dalğıclar üçün avadanlıqlar Air Mesh materialının tətbiqinin uzun siyahısından bir hissədir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.