Airbus şirkəti, fevral ayında Sinqapurda keçirlmiş beynəlxalq aviasalonda ən yeni layihəsini nümayiş etdirib. Şirkət, MAVERIC (Model Aircraft for Validation and Experimentation of Robust Innovative Controls) adlandırılmış eksperimental təyyarənin miqyaslı modelini təqdim edib. Airbus, "mürəkkəb qanad" sxeminə malik olan MAVERIC-in bənzər ölçülü klassik dar jüzelyaja malik olan təyyarələrdən 20% daha qənaətli olacağını iddia edir. Aerodinamik müqavimətin azaldılması azaltmaq yanacaq istehlakını əhəmiyyətli dərəcədə azaldacaqdır.
"MAVERIC-in istismara verilməsi üçün konkret müddət qoyulmasa da, yeni texnologiyanı nümayiş etdirən model, aviasiya sənayesinin ekoloji cəhətdən dayanıqlılığını təmin etmək üçün, kommesiya təyyarələrinin arxitekturasını dəyişdirməyə kömək edə bilər", - Airbus şirkətinin informasiya texnologiyaları üzrə icraçı vitse-przidenti Jan-Brays Dyümon bildirib.
Futuristik interyer də bir sıra yenilənmələrdən keçəcəkdir: illüminatorların yerinə videoekranların quraşdırılmasından sonra, əsas yenilik oturacaq sıraları arasındakı boşluğun artırılması və bununla da sərnişinlərin ayaq zonasının genişləndirilməsi olacaqdır.
Bundan başqa, Airbus şirkətindən, MAVERIC layihəsinin "mürəkkəb qanad" sxeminə uyğun olan sərnişin təyyarəsinin yaradılmasına gətirib çıxarmayacağını, ancaq proqram çərçivəsində qazanılan təcrübələrin bir hissəsinin perspektivli layihələrdə istifadə edilə biləcəyini söyləyiblər.