MotoGP çempionatının Silverstounda keçirilən Böyük Britaniya Qran Prisi Suzuki pilotu ALeks Rinsin qələbəsi ilə başa çatıb. İspan pilot yarış boyu çempionatın lideri Mark Markes təqib edib və son döngədə onu keçərək bu mövsümdəki ikici qələbəsini əldə edib.
Mark Markesin əsas rəqibi olan Andrea Dovitsiozo yarışın başlanğıcında mübarizədən kənar qaldıb. İdarəetməni itirən Fabio Kuartararo Andrea Dovitsiozonun yıxılmasına səbəb olub. İtalyan pilot bir müddət huşunu itirsə də, sonradan ayağa qalxıb. Buna baxmayaraq, pilotu dərhal hospital təxliyyə ediblər.
Bundan sonra, Markes yarışa tam nəzarət etmək qalıb. Onun əsas təqibçisi isə, Suzuki komandasının pilotu Aleks Rins olub. Aleks ilk dövrələrdə Markesi keçsə də, həmyerlisi tezliklə status-kvonu bərpa edib. Bundan sonra vəziyyət sabitləşib. Lakin, son dövrədə Aleks daxili trayektoriya ilə hücuma keçərək, Markesi arxada qoymağı bacarıb. İki pilotu 0,13 saniyə ayırıb.
Valentino Rossi uzun müddət yarışı üçüncü davam etdirsə də, sonunda komanda yoldaşı Maverik Vinyalesə keçilib. Beləliklə, Böyük Britaniya Qran Prisinin podiumunu tamamilə ispanlar təşkil edib. İlk dördlüyün ardınca Kel Kratçlou ilə mübarizədən qalib çıxan Franko Morbidelli finiş xəttini keçib. Kratçlou isə, qısa müddətə Cek Milleri irəli buraxsa da, sonra mövqeyini geri qaytarıb. Miller isə, yarışın sonunda Danilo Petruççini də irəli buraxıb. İlk onluğu Pol Esparqaro və Andrea Yannone tamamlayıb.