Alfa Romeo şirkəti arxa ötürməli Giorgio platformasından imtina edəcək və Stellantis qrupunun yeni arxitekturasına keçəcəkdir. Bu barədə markanın hazırkı icraçı direktoru Jan-Fillip İmparatoya istinadən Automotive News Europe nəşri xəbər verir.
D və E sinif avtomobillər üçün yaradılmış Giorgio platforması 2015-ci ildən buəri FCA/Stellantis tərəfindən istifadə olunur və Alfa Romeo Giulia sedanının, Stelvio krossoverinin və beşinci nəsil Jeep Grand Cherokee ofrouderinin ( güclü dəyişikliklər ilə) əsasını təşkil edir. Uzunlamasına yerləşən mühərriki və əsas arxa ötürməsi olan platformada inşa edilmiş Maserati Grecale krossoveri bu ilin sonuna qədər debüt etməlidir. Platformanın bir çox cəhətdən uğurlu olduğu məlumdur, lakin onun yenə də əhəmiyyətli bir çatışmazlığı var.
Söhbət elektrifikasiyadakı çətinliklərdən gedir. Elektrikləşdirmə olmadan alyansın tərkibinə daxil olan markaların avtomobillərinin inkişafı qeyri-mümkündür. Bu səbəbdən də, gələcəkdə Giorgio platforması Giulia və Stelvio modellərinin varislərinin inşa ediləcəyi STLA large memarlığı ilə əvəz olunacaqdır. Bundan başqa, yeni platforma DS və Lancia markalarına da verilə bilər, çünki hər iki marka Alfa Romeo ilə birlikdə Stellantis ittifaqının "premium" seqmentindən məsuldur və artıq yeni modeli birgə yaradacaqlarını elan ediblər. Bununla belə, belə avtomobilləri çox gözləməli olacağıq - indi şirkət təqribi müddəti belə açıqlamağa hazır deyil.
Bununla belə, Alfa Romeo markasının Tonale krossoverinin satışa çıxarılmasını ən azı üç ay təxirə saldığı məlumdur. Jeep Compass və Renegade modellərinin Small Wide 4 × 4 platformasında inşa edilmiş yığcam model, 1,3-litrlik turbomühərrikə əsaslanan 4xe güc qurğusu ilə təchiz edilib, lakin Jan-Fillip İmparato onun xüsusiyyətlərinin italyan markası üçün yetərsiz olduğunu hesab edib və avtomobili yenidən işlənməyə göndərib. Fransız CMP platformasında inşa edilmiş subkompakt Brennero modeli də qrafikdən geri qalır - onun Polşadakı zavodda istehsalına yalnız 2023-cü ilin aprelində başlanacaqdır.
Bu arada, yalnız bir neçə ildən sonra Stellantis bütün markalar üçün cəmi dörd platformadan istifadə edəcəkdir: kiçik, orta, böyük və ramalı. Sonuncu arxitektura tam ölçülü ofrouderlər və pikaplar üçün nəzərdə tutulub. İlk iki arxitektura çxo güman ki, PSA tərəfindən hazırlanmış eCMP və eVMP platformalarıdır. Onların hər ikisi də hibrid və tamamilə elektrik aqreqatlarının quraşdırılması üçün nəzərdə tutulur, vədaha böyük eVMP platformasında inşa edilən elektrokarların yürüş ehtiyatı 650 kilometrə çatacaqdır.