Bu gün səhər Alfa Romeo şirkətinin Giulia modelinin GTA (Gran Turismo Alleggerita) modifikasiyasını hazırladığı barədə məlumat vermişdik. Bir az bundan əvvəl, italyan istehsalçısının mətbuat xidməti yeni modelin təqdimat tarixini və saatını açıqlayan tizeri dərc edib.
Xatırladaq ki, dünən italyan istehsalçısının rəsmi Facebook səhifəsindəki Alfa Romeo markasının avtoidmandakı irsinə nəzər salan tizeri dərc etmişdi. «Stay tuned» («Bizimlə qalın» ) başlığı ilə dərc edilmiş 28 saniyəlik videoçarxda Giulia modelinin daha «qaynar» versiyasının yolda olduğuna işarə ediliir.
Videoçarxa əvvəlcə Giulia modelinin «qaynar» versiyası və onun sələfləri hərəkət dolu görüntüləri əks olunur. Ekranda «Cəsarətin mahiyyəti nədir: İrs. Güc. Yüngüllük. Adrenalin.».
Bütün bu sözlər keçən əsrin 60-cı illərinin sonlarından buraxılmış Giulia GTA (Gran Turismo Alleggerita) modelinə işarə edir. Bu idman kupesi yüngül çəkisi və güclü mühərriki ilə seçilirdi. Çarxın sonunda peyda olan «Audentes Fortuna Iuvat» cümləsi və üçbucaqlı loqotip bizə daha bir səbəb verir. Qeyd edək ki, vaxtıilə Giulia GTA modelini hazırlamış olan Autodelta yarış bölməsi də üçbucaqlı loqotip daşıyır.