Məşhur italyan avtomobil istehsalçısı olan Alfa Romeo şirkəti Giulia modelinin “qaynar” modifikasiyasını təqdim etmişdir. Alfa Romeo Giulia Veloce (“veloce” italyancadan tərcümədə “yeyin” deməkdir) adlandırılmış avtomobil bu ayın sonunda işinə başlayacaq Paris avtosalonunda nümayiş etdiriləcəkdir.

Alfa Romeo Giulia Veloce iki litrlik dprd silindirli turbomühərriklə hərəkətə gələcəkdir. Mühərrik 280 at qüvvəsinə və 400 Nm fırlanma anına malikdir. Bundan başqa Giulia, italyan istehsalçısının tarixində ilk dəfə tam olaraq alüminiumdən hazırlanmış dizel mühərriki ilə təchiz edilən ilk avtomobil olacaqdır. Bu mühərrik 2,2-litrlik iş həcminə 210 at qüvvəsinə və 470 Nm fırlanma anına malikdir. Mühərrikindən aslı olmayaraq, Giulia Veloce modeli təkmilləşdirilmiş Q4 tam çəkiş sistemi və ZF şirkətinin səkkiz pilləli avtomatik sürətlər qutusu ilə təchiz ediləcəkdir. Avtomobilin dinamik xüsusiyyətləri barədə dəqiq məlumat yoxdur.

Image alt Image alt Image alt Image alt Image alt