Alfa Romeo şirkəti eyni platformada inşa edilmiş Giulia sedanını və Stelvio krossoverini yeniləyib. Avtomobillərin eksteryerində və texniki hissəsində dəyişiklik olmasa da, Alfa Romeo şirkətində istifadəçilərin interyerlə bağlı şikayətlərini nəzərə alaraq dəyişikliklər ediblər.
Məsələn, yenilənmiş multimedia sistemi nəhayət sensorlu 8,8-düymlük displeyə, daha məhsuldar prosessora və interfeysin təkmilləşdirilmiş qrafikasına sahib olub. Eyni zamanda, multimedia sisteminin idarəetməsinə cavabdeh olan şayba mərkəzi tuneldəki yerində qalıb.
Tunel örtüyü də yenilənib: düymə və dəstəklərin yerləri dəyişdirilib, daha dərin fincanaltılar və smartfonların induksion doldurulması meydançası peyda olub. «Avtomatın» yeni coystiki dəri örtüyünə və italiyan bayrağının rəngləridə olan emblemə sahib olub. Cihazlar panelində yeni yeddi düymlük TFT-displey quraşdırlıb: bu displey də təkmilləşdirilmiş qrafikaya malik olub.
Nəhayət, Alfa Romeo Giulia və Stelvio ikinci səviyyəli avtopilotla təchiz ediliblər ki, bu da avtomatik əyləcləmə və zolaqda saxlama sistemləri ilə birlikdə işləyən adaptiv kruiz-kontrolun mövcudluğu deməkdir. Yenilənmiş avtomobillər ilin sonunda satışa çıxacaqdırlar. Yenilənmiş modellərin ilk partiyası ABŞ bazarına göndəriləcəkdir. Amerika bazarında Giulia 39350 dollardan, Stelvio isə 41350 dollardan başlayan qiymətlərlə satılacaqdırlar.