Alfa Romeo Giulia sedanı və Stelvio krossoveri artıq gənc deyillər: birincisi 2015-ci ildə, ikincisi isə, bir il sonra debüt edib. Üç il əvvəl hər iki model eyni vaxtda yenilənməyə məruz qalıb. İndi isə, onların Quadrifoglio adını daşıyan ekstremal versiyaları dördyarpaqlı yoncaya həsr olunmuş məhdud saylı Collezione nəşrini alıblar.
Firma Quadrifoglio nişanı ilk dəfə 1923-cü ildə məşhur Targa Florio yarışında qələbə qazanan və Uqo Sivoççinin idarə etdiyi Alfa Romeo RL bolidində peyda olub. 1963-cü ilin Giulia Ti Super modelindən başlayaraq, bu yarpaqlardan minik avtomobillərində də istifadə edilir. Bir neçə il əvvəl istehsalçı məşhur simvolunun ildönümünü Giulia Quadrifoglio və Stelvio Quadrifoglio modellərinin modernləşdirilməsi ilə qeyd edib. İndi isə, Alfa Romeo yenidən bu mövzuya qayıdıb.
Hər iki yeni versiya, əvvəllər Alfa Romeo 4C kupesində istifadə edilən Villa d'Este Rosso rəngindən ilhamlanaraq yaradılmış Collezione Rosso rənginə boyanır. Şirkət qırmızı rəngin onilliklərdir ki, brendin rəng sxemində əsas rol oynadığını xüsusilə vurğulayır. İşıq bucağından asılı olaraq, kuzov rəngi qırmızı və tünd tonlar arasında dəyişir, üstəlik, çalarlar fərqlidir: Stelvio krossoverində daha açıq, Giulia sedanında isə, bir qədər tünd versiyadan istifadə edilib. Güzgü korpusları və dam karbondan hazırlanıb.

İnteryerdə dəri və alkantara ilə üzlənmiş və karbondan karkası olan Sparco oturacaqları, dəri ilə üzlənmiş ön panel, qapı kartları və mərkəzi dirsəkaltı, eləcə də genişləndirilmiş karbon dekor var. Nəhayət, avtomobillərdə onun seriyadakı nömrəsi tikilmiş başlıqlar ("1 di 63 Collezione") olacaq, çünki hər bir modeldən yalnız 63 ədəd istehsal ediləcək.
Avtomobillər səkkiz pilləli ZF avtomatik transmissiya ilə birləşdirilmiş 520 at qüvvəli 2,9-litrlik V6 mühərriki ilə təchiz olunurlar. Sedan arxa ötürməli, krossover isə, tam ötürməlidir, lakin hər iki model arxada özükilidlənən differensial ilə təchiz olunur. Giulia Quadrifoglio 0-dan 100 km/saat həddinə 3,9 saniyəyə, Stelvio Quadrifoglio isə, 3,8 saniyəyə sürətlənir. Maksimum sürət, müvafiq olaraq, 307 km/saat və 285 km/saat təşkil edir. Standart təchizata Alfa Romeo yazısı olan karbon-keramika əyləc mexanizmləri, eləcə də Akrapovič buraxılış sistemi daxildir.
Alfa Romeo Giulia Quadrifoglio və Stelvio Quadrifoglio kolleksiya avtomobilləri Avropa, Böyük Britaniya, Yaponiya, Çin və Yaxın Şərqdə satılacaqlar. Qiymətlər hələlik açıqlanmayıb, lakin standart Giulia Quadrifoglio sedanının İtaliyadakı satış qiyməti ən azı 102.800 avro təşkil edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.