Alfa-Romeo şirkəti, 2017-ci ildə, Giulietta hetçbekini arxadan çəkişli platformada istehsal etmək niyyətindədir. Bu barədə AutoExpress saytına məlumatı, Fiat Chrysler Automobiles (FCA) alyansının minik avtomobillərinin dizayn sahəsinə cavabdeh olan Alberto Dillilo vermişdir. Yeni Giulietta’nın, yayda təqdim edilmiş Giulia sedanının yığıldığı modul platformasının qisaldılmış variantında yaradılacağı bildirlir. Bu platformada yığılan avtomobillər ikiqollu ön asqı, və çoxqollu arxa asqı ilə təchiz edilirlər. İstisna deyil ki, yeni hətçbekdə tam ötürməli çəkiş sistemi də quraşdırılsın.
Buna səbəb, onun rəqibləri olacaq Audi A3 Sportback və BMW 1-Series hetçbeklərində belə bir sistemin mövcud olmasıdır. Əlavə olaraq, BMW M135i modeli ilə rəqabət aparacaq Giulietta’nın 300 at qüvvəli mühərriki olan «qaynar» variantının da olacağı söylənilənlər arasındadır.
2017-ci ildə həmçinin, Alfa-Romeo'nun qabaritlərinə görə BMW’nin X3 modelindən bir qədər böyük olacaq krosseverinin buraxılacağı da söylənilir. İtalyanlar krossoverin, 3,0-litrlik ikiqat turbolu benzin V6 mühərriki ilə təchiz edilmiş «qaynar» variantını da buraxmaq niyyətindədirlər.
Xatıqladaq ki, belə bir mühərriklə təchiz edilmiş Alfa-Romeo Giulia Quadrifoglio Verde sedanı 510 at qüvvəsi gücə malikdir.