Alfa Romeo şirkəti yaxın vaxtlarda Giulietta hetçbekinin istehsalını başa çatdığını elan edib - sonuncu «Cülyetta» 2020-ci ilin sonunda konveyeri tərk edəcəkdir. Hetçbekin varisi olmayacaqdır - o, italyan markasının model xəttindəki yerini yeni Alfa Romeo Tonale krossoverinə verəcəkdir.
Alfa Romeo Giulietta 2010-cu ildə debüt edib. Hetçbək 105, 120 və 170 at qüvvəsi istehsal edən 1,4 litrlik və 240 at qüvvəli 1,75-litrlik benzin turbomühərriki ilə təchiz edilir. Bundan başqa, Giulietta 195 at qüvvəli 1,6-litrlik, həmçinin 150 və 170 at qüvvəli 2,0-litrlik dizellər ilə təklif olunur.
Alfa Romeo Tonale Concept
Artıq qeyd etdiyimiz kimi, Giulietta hetçbeki tarixin arxivnə göndərilir. İtalyan istehsalçısı onu Tonale adlı yığcam krossoverlə əvəzləmək fikrindədir. Alfa Romeo Tonale keçən il Cenevrədə nümayiş etdirilmiş eyni adlı konseptin seriya variantı olacaqdır. Yeni krossover Jeep Renegade, Jeep Compass və Fiat 500X modellərinin inşa edildiyi Small Wide 4x4 platformasına əsaslanacaqdır. Tonale modelinin seriya variantının 2022-ci ildə satışa çıxarılacağı gözlənilir.
Hazırda Alfa Romeo markası MiTO hetçbekini, Giulia sedanını və Stelvio krossoverini, C4 və C4 Spider sportkarlarını təklif edir.
Mənbə: Autocar