Alfa Romeo şirkəti Cenevrədə Stelvio krossoverinin və Giulia sedanının, bu modellərin Nürburqrinqin "Şimal ilgəyindəki" rekordlarına həsr edilmiş xüsusi seriyasını təqdim edəcəkdir.
Hər bir modeldən 108 ədəd buraxılacaqdır. Bu Alfa Romeo modelinin 108 yaşının tamam olmasına işarədir.
Xüsusi seriyadan olan hər bir model Circuito Grey adlı eksklyuziv boz rənginə boyanacaq və sıra nömrəsi həkk olunmuş lövhəciklə təchiz ediləcəkdir. Yeni modifikasiyaların təchizatına karbon-saxsı əyləc mexanizmləri, karbon karkası olan Recaro idman oturacaqları, karbondan işləmələri olan qutusunun Mopar dəstəyi, dəri və alkantara ilə örtülmüş sükan çarxı, həmçinin karbondan hazırlanmış kuzov elementləri daxil olacaqdır. Giulia sedanı karbondan hazırlanmış damla təchiz ediləcəkdir.
Nurburgring Edition seriyasından olan avtomobillər aktiv kruiz-kontrol sisteminə, Harman/Kardon səs sisteminə, 8,8-düymlük displeyi olan, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən multimedia sisteminə malik olacaqdırlar.
Alfa Romeo Stelvio və Giulia Qaudrifoglio modelləri 510 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 2,9-litrlik V6 biturbomühərriki və səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə təchiz edilirlər. Avtomobillər adaptiv asqıya, dartma qüvvəsini arxa təkərlər arasında paylaşma sisteminə və idarəetmə elektronikasının iş rejimi seçiminə malikdirlər.
Xatırladaq ki, bir müddət bundan öncə, Alfa Romeo Stelvio və Giulia Quadrifiglio modelləri seriya krossover və sedanları üçün Nürburqrinqin "Şimal ilgəyinin "rekordunu qeydə alıblar.
Alfa Romeo Stelvio Qudrifoglio «Yaşıl cəhənnəmi» 7 dəqiqə 51,7 saniyəyə, Giulia Quadrifoglio isə 7 dəqiqə 32 saniyəyə qət ediblər.