Bu ilin əvvəlində, Alfa Romeo şirkətinin Giulia modelinin «qaynar» versiyasını hazırladığı barədə xəbər peyda olmuşdu. Bu xəbər, Alfa Romeo markasının GTV və 8C modellərinin varislərinin buraxılmasından imtina etdiyini bildirməsindən sonra, italyan markasının pərəstaşkarlarına yen bir nəfəs verdi. Şirkət daha sonra bu məlumatları təkzib edərək, daha güclü Giulia modelini buraxmaq planlarının olmadığını bildirmişdi. Bunlara inanaqmı? Tam əmin deyilik, amma əvvəlki xəbərlərə inanmaq üçün daha çox səbəbimiz var.
İtalyan istehsalçısının rəsmi Facebook səhifəsindəki son dərc edilmiş yeni videotizer Alfa Romeo markasının avtoidmandakı irsinə nəzər salır. «Stay tuned» başlığı ilə dərc edilmiş 28 saniyəlik videoçarx Giulia modelinin daha «qaynar» versiyasının yolda olduğuna birbaşa işarədir.
Videoçarxa əvvəlcə Giulia modelinin «qaynar» versiyası və onun sələfləri hərəkət dolu görüntüləri əks olunur. Ekranda «Cəsarətin mahiyyəti nədir: İrs. Güc. Yüngüllük. Adrenalin.».
Bütün bu sözlər keçən əsrin 60-cı illərinin sonlarından buraxılmış Giulia GTA (Gran Turismo Alleggerita) modelinə işarə edir. Bu idman kupesi yüngül çəkisi və güclü mühərriki ilə seçilirdi. Çarxın sonunda peyda olan «Audentes Fortuna Iuvat» cümləsi və üçbucaqlı loqotip bizə daha bir səbəb verir. Qeyd edək ki, vaxtıilə Giulia GTA modelini hazırlamış olan Autodelta yarış bölməsi də üçbucaqlı loqotip daşıyır.