Alfa-Romeo şirkəti Youtube kanalında «bərkgedən» Giulia Quadrifoglio Verde modelinin çəkildiyi üç geniş formatlı videoçarxı yayımlamışdır. Bu çarxlarda 360 dərəcəli görüntü ilə avtomobilin yarış trekindəki hərəkət etdiyi göstərilmişdir. Birinci videoçarxda kamera avtomobilin salonunda, ikincidə - avtomobilin kapotunda, üçüncüdə isə onun damında quraşdırılmışdır. Bildiyimiz kimi, «bərkgedən» Alfa-Romeo Giulia modeli 510 ay qüvvəli 2,9-litrlik turbomühərriki ilə hərəkətə gəlir.

Güc aqreqatı altı pilləli mexaniki və ya səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə komplektləşdirilə bilər. Videoçarxda çəkilmiş avtomobil mexaniki sürətlər qutusu ilə təchiz edilmişdir. Alfa-Romeo Giulia Quadrifoglio Verde modeli 100 km/saat sürətini 3,9 saniyəyə toplayır. Onun maksimal sürəti 307 km/saata bərabərdir.

Keçən ilin sentyabr ayında Giulia Quadrifoglio Verde Nurburqrinq trekininin «Şimal ilgəyini» 7 dəqiqə 39 saniyəyə qət etmişdir ki, bu da BMW M5 avtomobilinin göstərdiyi vaxtdan 13 saniyə yeyindir.  

Alfa-Romeo Giulia modeli həmçinin, 200 at qüvvəsi gücü olan 2,0-litrlik benzin mühərriki, 150 və 180 at qüvvəsinə malik olan 2,2-litrlik dizel mühərrikləri ilə təklif edilir. Avtomobil tam ötürməli çəkiş sistemi ilə də təchiz edilə bilər. Giulia modelinin ən ucuz variantı 79 min avroya təklif edilir. «Bərkgedən» Giulia Quadrifoglio Verde modeli üçün isə 95 min avro ödəmək tələb olunur.