Uzun müddətdir ki, italyan brendinin yeni superkar hazırladığı barədə söz söhbətlər səngimək bilmir. Bir müddət bundan əvvəl Alfa Romeo şirkətinin rəhbəri Jan-Filipp İmparato yeni superkar ətrafında dolaşan şayiələrə son verərək, onun yaxın zamanlarda nümayiş etdiriləcəyini təsdiqləyib.
Bu gün Alfa Romeo şirkəti bu məsələyə aydınlıq gətirən yeni tizeri dərc edib. Dərc olunmuş tizerdə yeni superkarın arxa tərəfinin bir hissəsi təsvir olunur. Tizerdə üst-hissəsi qırmızı rəngə, aşağı hissəsi isə tünd boz rəngə boyanıb. Üçbucaqlı barmaqlıq üzərindəki işıqlar, çox güman ki, əlavə əyləc işıqlarına aiddir. Ən maraqlısı odur ki, 30 avqust tarixində Alfar Romeo muzeyində təqdimatı keçiriləcək avtomobilin tizeri “Il coraggio di sognare” (“xəyal etmək cəsarəti”) söyləri ilə müşayət olunur.
Qeyd etmək lazımdır ki, bu günə qədər, Alfa Romeo özünün yeni superkarını gizli saxlamağa müvəffəq olub. Bununla belə, yeni superkarın Maserati MC20 ilə eyni platforma və aqreqatları bölüşəcəyi barədə şayiələr də dolaşır.
Əgər şayiələr doğrudursa, o zaman Alfa Romeo superkarının elektrik üstqurumu olan 3,0-litrlik V6 Nettuno mühərriki ilə təchiz ediləcəyini söyləmək olar. Bu mühərrikin 800 at qüvvəsi hasil edəcəyi söylənilir. Xatırladaq ki, Maserati MC20 modelində bu mühərrik 630 at qüvvəsi hasil edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.