Alfa Romeo şirkəti uzun müddət Tonale modelinin seriya variantı barədə məlumat verməyib. İndi isə, 8 fevralda keçiriləcək təqdimat öncəsi, italyan markası necə deyərlər “kisəsinin ağzını açıb”. Bir müddən bundan əvvəl yeni krossoverin La Metamorfosi adlanan təqdimatının keçiriləcəyi tarix açıqlanıb, sonra isə, krossoverin ön hissəsinin və cihazlar panelinin təsvir olunduğu videogörüntülər yayımlanıb. Bu gün daha bir tizer peyda olub.

Bu dəfə bizə sükanın bir hissəsi və oturacaq başlıqlarına qırmızı sapla tikişmiş firma emblemini və kuzovun üzərindəki italyan bayrağını nümayiş etdiriblər. Bu fraqmentlər avtomobilin görünüşü haqqında heç bir məlumat vermirlər.

Artıq bilindiyi kimi, Alfa Romeo Tonale modelinin əsasını, Jeep Compass və Renegade modellərinin inşa olunduğu Small Wide 4x4 platforması təşkil edəcəkdir. Deməli, avtomobillərin mühərrik çeşidi də ümumi olmalıdır. 

Ən güclü və bahalı Tonale modeli qoşulan hibrid olacaqdır. Krossoverin plug-in versiyası tərkibinə 1,3-litrlik benzin turbomühərriki və arxa oxda quraşdırılan elektrik mühərriki daxil olan, 240 at qüvvəsi və 270 Nm fırlanma anı hasil edən 4xe hibrid güc qurğusunu əldə edəcəkdir. Belə qurğuya malik olan Jeep Compass modeli 100 km/saata 7,5 saniyəyə sürətlənir və elektrik ötürməsi ilə 49 kilometr məsafə qət edir. Alfa Romeo Tonale modelinin dinamik göstəriciləri daha yaxşı ola bilər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.