Alfa Romeo şirkəti yeni Tonale krossoverinin 8 fevral tarixində keçiriləcək təqdimatına olan marağı körükləməyə davam edir. Yeni krossoverin kamuflyaja bürünmüş prototipləri dəfələrlə casusla rast gəliblər, lakin bu dəfə italyan markası özü Tonale modelinin interyerinin bir hissəsi nümayiş etdirilən videoçarxı yayımlayıb. Çarxın 12 saniyə davam etməsinə baxmayaraq, videoda diqqətə layiq məqamlar da var.

Yeni videoçarxa şirkət gələcək krossoverin salonunun ön hissəsini nümayiş etdirib. Kadrlarda rəqəmsal cihazlar panelini və bir anlıq peyda olan cihazların işıqlandırılmasını görmək olar. Bundan başqa, görüntülərdə firma loqotipi olan sükan çarxının bir hissəsi də var. İtalyan istehsalçısı başqa təfərrüatları açıqlamayıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.