Alfa Romeo markası bəlkə də italyanların ən dərin məhəbbət bəslədikləri avtomobil markalarından birisidir. Hətta bu zəmində, Turin markasının bəzi zamanlar Ferrari kimi dünyada çox populyar olan markanı də üstələdiklərini qeyd etmək olar. Zəngin tarixi ənənələrə malik olan Alfa Romeo markası uzun illərdir ki, idman xarakterli və cazibədar dizayna malik olan avtomobillərin istehsalçısı kimi məşhurlaşmışdir. Elə bu səbəbdən də, italyan dizayner Sebastiano Çarçiaya italyan markasının tarixi modellərindən ilham alaraq hazırladığı Alfa Romeo Trionfo konseptini təqdim etmişdir.
Layihənin yaradıcısının sözlərinə görə o,Trionfo konseptinin simasında Alfa Romeo markasının tarixi idman avtomobillərinin ruhunu və əfsanəsini əks etdirilmişdir. Çarçianın iddia etdiyinə görə, konseptin çöhrəsindəki 1950-ci illərdən sonra yaradılmış ecazkar italyan avtomobilləri ilə bənzərliyi görmək üçün «Alfista» (italyan markasının fanatlarının ümumiləşdirilmiş adı) baxışlarına malik olmaq gərək deyildir.
Alfa Romeo Trionfo (tərcümədə - «triumf, zəfər») tək yerli spayder kuzovu ilə təchiz edilmişdir ki, bu kuzovun ölçüləri 1952-ci ilin Disco Volante, Alfa Romeo 6c 3000 CM və 300 CM Zagato Spider, həmçinin Duetto və Sport Spider modellərinin kuzov nisbətlərini xatırlatmalıdır.
Dizaynerin bildirdiyinə görə, konsept yüksək məhsuldarlıqlı güc qurğusu ilə təchiz edilmişdir. Alfa Romeo Trionfo tam çəkişlidir və hər bir təkərdə yerləşdirilmiş fərdi elektrik mühərriki vasitəsi ilə hərəkətə gəlir.