ABŞ-ın Kolorado statında yerləşən Bərpa edilən enerjinin tədqiqatı milli laboratoriyasının (National Renewable Energy Laboratory) alimləri saman və qarğıdalı saplağından alınan akril-nitril turşusunun istehsalı prosesini işləyib-hazırlayıblar. Xatırladaq ki, bu maddə karbon lifinin əsasanı təşkil edir.
Tədqiqatçılar bu prosesi genişləndirərək, onu avtomobillərin istehsalında istifadə etməyin mümkün olduğunu güman edirlər. Proses bitkilərdən saxarozanı əldə edərək, ondan 3-hidroksipropil turşusunun ayrılması ilə başlayır. Sonradan bu turşuya amiyyak və ucuz titanoksid katalizatorunu əlavə edərək, onu akril-nitrilə çevirirlər. Belə kimyəvi proses nəticəsində əlavə istilik və zəhərli maddə olan sialnlı hidrogen ayrılmır. Laboratoriya artıq çoxlu sayda akril-nitril istehsal etməyə yardım edəcək şirkətlərlə əməkdaşlıq edir. Sonradan bu maddəni karbon lifinə çevirərək, alınmış materialı real istehsalda sınaqdan çıxarmaq planlaşdırılır.
Hazırda akril-nitrili neft, ammiyak, oksigen və bahalı katalizatordan əldə edirlər. Bununla belə, istehsal prosesi zamanı çoxlu istilik və zəhərli kənar məhsullar ayrılır. Alimlərin fikrincə yeni xammal mənbəyi qiymətləri sabitləşdirə və son məhsulun dəyərini aşağı salamağa imkan verəcəkdir.