Alman Manhart atelyesi BMW avtomobillərinə əsaslanan layihələri ilə məşhurdur və şirkət yeni layihəsində öz ənənələrinə sadiq qalıb. Almanlar yenilənmiş BMW X5 M krossoverinin əsasında yaradılmış Manhart MHX5 700 modelini təqdim ediblər. Yenilik korporativ üslubda işlənilib - əsas güc mühərrikin təkmilləşdirilməsinə yönəldilib, qalan aspekstlərə isə qalıq prinsipinə uyğun olaraq diqqət yetirilib. Təkmilləşdirmələr paketinə modernizasiya edilmiş mühərriklə yanaşı, paslanmayan poladdan hazırlanmış buraxılış sistemi də daxildir.

Xatırladaq ki, adi BMW X5 M krossoverinin 4,4-litrlik V8 benzin turbomühərriki 625 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edir, lakin Manhart MHtronik idarəetmə blokunun tətbiqi sayəsində bu aqreqatın hasilatı 730 at qüvvəsinə və 900 Nm-ə qədər artırılıb.

Vizual olaraq Manhart avtomobilini karbondan hazırlanmış son dərəcə sadə aerodinamik kuzov dəsti və tutqun qara rəngli 23-düymlük Manhart Classic-Line Y-Spoke diskləri sayəsində tanımaq olar. Yeni disklər klirensi dəyişə bilən, tənizmlənən KW Suspensions amortizatorları ilə uyğunlaşdırılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İnteryerə gəlincə, burada da kuzovda olduğu kimi, BMW M Performance Parts fabrik kataloqundan olan aksesuarlardan istifadə olunub. Salon üçün transmissiyanın karbondan hazırlanmış sükanaltı dəstəkləri, sükan çarxındakı karbondan örtmələr və firma ayaqaltıları təklif olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.