Plüderhauzendə fəaliyyət göstərən alman Performmaster atelyesi Brabus 900 Rocket Edition modeli ilə rəqabət aparacaq ofrouderi hazırlamaq qərarına gəlib. G805 adlandırılan layihə, adından da göründüyü kimi, Mercedes-AMG G 63 modelinin gücünü 805 at qüvvəsinə qədər artırır.

Belə ofrouder 100 km/saat həddinə 3,69 saniyəyə sürətlənir və 260 km/saatlıq maksimal sürətə malikdir. Bundan başqa, “bərkgedən” ofrouder karbonplastikdən hazırlanmış kuzov dəsti, təkmilləşdirilmiş buraxılış sistemi və Mercedes-Benz  G 63 AMG 6x6 modelinin üslubunda əlavə LED işıqlandırma ilə təchiz edilir.

Güc baxımından Performmaster G805 modeli Brabus 900 Rocket Edition modelinə deyil, daha çox G-Power atelyesinin təklif etdiyi GP-800 dəsti ilə təchiz edilmiş Mercedes-AMG G 63 modelinə yaxındır. Plüderhauzendən olan ofrouder 805 at qüvvəsi və 1020 Nm fırlanma anına, Brunsbütteldən olan model isə 800 at qüvvəsinə və 1050 Nm fırlanma anına malikdir.

Performmaster G805 modeli 100 km/saat həddini 3,69 saniyəyə toplayır və 260 km/saata qədər sürətlənir. Müqayisə üçün, 900 at qüvvəli Brabus 900 Rocket Edition modelinə bu tapşırığı yerinə yetirmək üçün 3,7 saniyə, adi Mercedes-AMG G63 modelinə isə 4,5 saniyə tələb olunur. Onların maksimal sürəti, müvafiq olaraq, 280 və 220 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Zahiri cəhətdən G805 modeli 10 santimetr genişləndirilmiş təkər tağları və iplərin toxunması görünən karbonplastikdən örtmələri olan yeni Carbon Wide Body Kit dəsti ilə fərqlənir. Bu elementləri tutqun və ya parlaq lak ilə örtmək olar. Damdakı LED işıqların gövdələri və spoyer də karbonplastikdən hazırlanır.

Performmaster atelyesi təqdimat üçün iki ofrouderi hazırlayıb: onlardan biri G manufaktur olive green zeytun yaşılı rənginə, digəri isə qara G manufaktur night black magno rənginə boyanıb. Təkmilləşdirmələrin qiyməti açıqlanmayıb. Müsal üçün, 25 nüsxəlik tirajla buraxılacaq Brabus 900 Rocket Edition ofrouderi üçün 571.270 avro ödəmək gərəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.