Almaniyada yeni nəsil Porsche Panamera modelinin kütlə qarşısında döğranması prosesini göstərmişdirlər. Alman yanğınsöndürənləri qəzaya düşmüş avtomobildən sərnişinləri xilas etmək üçün lazım olan hərəkətləri nümayiş etdirmişdirlər.
Bu nümayiş Nürnberq şəhərində təşkil edilmişdir. Porsche şirkəti testlər üçün istifadə edilmiş seriyaöncəsi partiyadan olan avtomobili xilasedicilərin ixtiyarına vermişdir. Onlar istehsalçı tərəfindən tərtib edilmiş “xilasetmə sxeminə” uyğun hərəkət etmişdirlər. Bu “sxem” təcili xidmətlərə qəzaya düşmüş insanları avtomobildən yeyin və təhlükəsiz şəkildə çıxarmağa kömək edir. 2013-cü ildə Mercedes-Benz şirkəti öz avtomobillərində belə bir sxemi təfərrüatlı şəkildə göstərərn QR kodları yerləşdirməyə başlamışdır. Bu sxemdə təhlükəsizlik yastıqlarının, akkumulyatorun, yanacaq çəninin, elektrik naqillərinin, yüksək təzyiqli elementlərin, hibrid avtomobillərində isə yüksək cərəyanlı elektrik xəttlərinin yerləşməsi göstəriləcəkdir. Bu məlumat xilasetmə xidmətlərinə YNH zamanı zərərçəkənləri avtomobildən tez və təhlükəsiz çıxarmalağa yardım edəcəkdir.