Reuters agentliyinin verdiyi məlumata görə, Almaniya hökuməti elektrikli nəqliyyat vasitələrinin satışını və infrastrukturunun inkişafını dəstəkləmək üçün 2,5 milyard avro vəsait yönəldəcəkdir. Bununla, bu proqramdan əsas faydanı əldə edən Volkswagen konserni olacaqdır. Səbəb, endirimlər yalnız 40 min avrodan baha olmayan avtomobillərə şamil ediləcəkdır ki, bu kateqoriyaya VW ID.3 elektrokarını aid etmək olar.
Artıq yeni elektrikli nəqliyyat vasitələrinin alıcıları, mövcud olan 3 min avro məbləğində dövlət endirimlərinə əlavə olaraq 6 min avro subsidiya alacaqdırlar. Başqa sözlə, 39 min avro dəyərində satılan elektromobili 30 avroya almaq mümkün olacaqdır.
Əslində qiymət daha da aşağı ola bilər. 2020-ci ilin iyul ayından başlayaraq dekabr ayına qədər elektrikli nəqliyyat vasitələrinin alınmasına tətbiq edilən ƏDV 19 faizdən 16 faizə endiriləcəkdir.
Volkswagen ID.3 modelinin baza versiyası Almaniyada 29990 avroya satılır. Bundan əlavə, Nissan Leaf, Renault Zoe, Kia Niro, Peugeot e-208 və onun yaxın qohumu Opel Corsa modelinə də subsidiya verilir.
Tesla modellərinin qiymətləri isə 43999 avrodan başlayır. Lakin, Berlin şəhərinin yaxınlığında inşası davam etdirilən Tesla zavodunun istifadəyə verilməsindən sonra, yerli istehsal olan Model Model 3 elektrokarının qiyməti 40 min avrodan aşağı düşəcəkdir.