Citroen komandasının yeni pilotu Andreas Mikkelsen Almaniya Rallisinin səhər hissəsini lider olaraq başa vurub.
Citreon C3 avtomobilinin sükanı arxasında üçüncü mərhələsini keçirən norveçli pilot hər üç xüsusi hissəni ilk beşlikdə tamamlayıb. O, dördüncü xüsusi hissədə ən yaxşı zamanı göstərərək, yaxın rəqibi olan Ott Tanyakı 4,8 saniyə üstələyib.
Liderin arxasınca, 8,8 saniyəlik məsafədə, Sebastyen Ojye yarışı üçüncü olaraq davam etdirir. Ojyenin əsas rəqibi olan Tyerri Nevil üçüncü dopda yoldan çıxaraq avtomobilinin kuzovunu zədələyib. Belçikalı pilot hazırda altıncı yerdədir və Mikkelsenə 22 saniyə uduzur.
Çempionluq tituluna iddialı olan iki pilotu Elfin Evans və Yari-Matti Latvala ayırır. Öz növbəsində bu iki pilot arasında 0,5 saniyə fərq mövcuddur.
Finlandiya Rallisinin qalibi Esapekka Lappi, Kreq Brin və Yuho Hanninen də problemlərlə üzləşmişdirlər. Hazırda onlar yeddinci, səkkizinci və doqquzuncu yerləri tuturlar. İlk onluğu Heyden Paddon tamamlayır. Günü lider olaraq başlayan Yan Kopezki 11-ci yerə geriləyib. Buna baxmayaraq çex pilot WRC2 kateqoriyasında liderdir.