Hyundai Motorsport komandasının belçikalı pilotu Tyerri Nevil Almaniya Rallisinin şeykdaunun nəticələrinə görə ən sürətli pilot olub.
Nevil uzunluğu 4,09 kilometr olan hissəni 2.25,800 zamanla başa vurub. İkinci nəticəni isə Citroen pilotu Andreas Mikkelsen göstərib. Norveçli liderə 0,9 saniyə uduzub. Üçüncü yerdə Mikkelsenə 0,3 saniyə uduzan Sebastyen Ojye qərarlaşıb. Citroen pilotları Kris Mik və Kreyq Brin isə ilk beşliyi tamamıayıblar.
Toyota pilotları arasında ən yaxşı nəticəni göstərən pilot Yari-Matti Latvala olub. O, komanda yoldaşı Yuho Hannineni qabaqlamağa müvəffəq olub. İlk onluğu tamamlayan digər pilotlar Dani Sordo (Hyundai), Ott Tanyak və Elfin Evans (hər ikisi Ford) olublar. Bu gün pilotlar xüsusi hissələrdə yarışmağa davam edəcəklər.